Müstəqil Içtimai-Siyasi Qəzet
05 Fevral 2012-cı il N 09(1453)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Mələkxanım Əyyubova restoran ifaçılarına birmənalı yanaşmır
Sənətdə özünəməxsus dəsti-xətti olan, təkrarolunmaz ifası ilə seçilən Xalq artisti Mələkxanım Əyyubova bu il fəaliyyətinin 27-ci ilini geridə qoyacaq. Xanəndə Qulu Əsgərovun yetirməsi olan M.Əyyubova müəlliminin ənənələrini bu gün də yaşadır. Mədəniyyət və İncəsənət Universitetində onlarla tələbə yetişdirən xanəndə xanım gələcək nəslə muğam anlayışını aşılamağa çalışır. Qeyd edək ki, ötən il M.Əyyubovanın yaradıcılığı daha çox səfər proqramı ilə yadda qalıb. Qəzetimizə müsahibəsində o, bu günlərdə Belarusdakı səfirimiz Əli Nağıyevin dəvəti ilə Minsk Dövlət Filarmoniyasında çıxış etdiyini söylədi:
   - Ötən il həm də oğlumun Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olması ilə yadda qaldı. 2008-ci ilə bir çox planlarım var. Yaxın günlərdə Türkiyənin bir neçə şəhərində silsilə konsert proqramı ilə çıxış edəcəm. Hərdən qastrol səfərlərindən söz düşəndə statistik rəqəmləri itirirəm. Bir cümlə ilə bütün ölkələrə getdiyimi qeyd edirəm. Əlavə edim ki, əcnəbilər dilimizi başa düşmürlər, qəzəl, muğam nədir bilmirlər. Səs diapazonumuz, zəngulələr, boğazda etdiyimiz xırdalıqlar, improvizələr onları təəccübləndirir, bizi ayaq üstə alqışlamağa vadar edir. Dünyanın heç bir ölkəsində belə musiqi yoxdur.
   - 27 illik fəaliyyətiniz dövründə sənətdə baş verən dəyişiklikləri necə dəyərləndirirsiniz?
   - Bütün dövrlərdə musiqinin siyasəti olub və olacaq. Xatırlayıram, mən İrs Folklor Ansamblının tərkibində çalışan illərdə vəziyyət elə də ürəkaçan deyildi. Yəni ansambl yaranan ərəfədə Novruz bayramını keçirmək, milli adət-ənənələri yaşatmaq, hətta milli sözünü işlətmək belə çox çətin, qorxulu idi. Rəşid Nəsiboğlu bu ansamblı yaradanda nə qədər əziyyətlər çəkdi, başına müsibətlər gəldi. Bu söhbətlər indi-indi açılır. Bu haqda danışa bilmirdik. Eyni zamanda muğama birmənalı yanaşmayanların sayı daha çox idi. Sənət daha çox el şənlikləri səviyyəsində dinlənilirdi. Müğənnilərdən Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Niyaməddin Musayev primitiv mahnılar oxuyurdular, amma onların musiqisinə bir axın var idi. Həvəskar səviyyədə yazılmış kasetləri yüksək tirajla satılırdı. Yəni bütün dövrlərdə zövqlər fərqlənib, kütlə yüngül musiqiyə meyilli olub. Məcburən millətin beyninə yeridbilər ki, "sizin milli musiqiniz budur, buna qulaq asın". Öz dövrlərində Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev, Hacıbaba Hüseynov, Alim Qasımov, Sara Qədimova, Rübabə Muradova muğam sənətini qoruyub saxladılar.
   - Qadın xanəndələr arasında dəflə oxumaq ideyası kimə məxsusdur?
   - Qadın ifaçılarından mənim, Səkinə İsmayılovanın muğamın inkişafı istiqamətində səyləri az olmayıb. İlk dəfə biz əlimizə dəf alıb oxuduq. Bizə qədər qadın xanəndələr dəflə oxumurdular. Biz ucuz yol seçib toylarda oxumadıq. Bizdən sonra gələn nəsil - Nəzakət Teymurova, Aygün Bayramova, Könül Xasıyeva da bizə baxıb, əllərinə dəf alıb muğam sənətini eyni qaydada davam etdirdilər. Eyni ənənələri gənclər davam etdirirlər. Muğam müsabiqəsində elə iştirakçıları dinləyirəm ki, onlar artıq əsl xanəndədirlər. Onlar haqqında əlavə fikir söyləməyə ehtiyac yoxdur. Amma onların gələcəyi daim nəzarətdə olmalıdır. Əgər restoran proqramlarına meyilli olsalar, peşəkarlıq səviyyələrini itirəcəklər. Eyni zamanda bu, səslərinə də təsirsiz ötüşməyəcək.
   - Restoran, toylardakı kütlənin bir hissəsini də muğam həvəskarları təşkil edir. Nəyə görə, bu təbəqədə olan müğənnilər ucuzlaşdırılır?
   - Çünki kütlənin çox hissəsi yüngül musiqiyə meyillidir. Əgər mən restorana gedirəmsə, deməli, istənilən mahnı sifarişlərini yerinə yetirməyə məcburam. Burada estrada da ola bilər, xalq musiqiləri, eləcə də ara mahnıları. Yüngül mahnılar insanın psixologiyası ilə yanaşı, səsinə də təsir göstərir. Düzdür, restoran, el şənlikləri, şou-proqramlar müğənninin bütün tələbatlarını ödəyir. Amma heç kim orada iştirak etməyə məcbur deyil. Xalq mənim imknalarımı, sənətimi qiymətləndirir. Fəaliyyətimi sırf xalq mahnılarını, muğamları lentə yazdırmaq, onları tələbələrimə aşılamağa yönəltmişəm. Ona görə də bu gün xanəndə tayfasının yeri yüksəkdədir. Düzdür, ehtiyac içində itib-batanlar da var. Evsiz, pulsuz olanlar çoxdur. Onlar qürurlarını üstün tutub kiməsə ağız açmaq istəmirlər. Bizim ən böyük üstünlüyümüz odur ki, həmişə bir-birimizə dayaq olmuşuq. Fikrimcə, sənətkarın ən böyük mükafatı onun alın təri ilə qazandığı çörəyidir. Onda xalq onu qiymətləndirir və ölümündən sonra adını tarixə həkk edir.
   - Yetirmələriniz arasında Sizə qohum olanlar da var. Övladlarınızdan necə, hansındasa muğam sənətinə meyillilik var?
   - Kiçik qızımda var, muğama böyük həvəs göstərir. Məsləhət görmüşəm ki, əgər xanəndə olmaq istəyirsə, indidən bütün muğamları öyrənsin. Bu sənətə yiyələnmək çox çətindir, muğamı gərək illərlə mənimsəyəsən.
   
"Popstar Alaturka"çılar üzr istəyiblər
Türkiyənin "Star" telekanalından yayımlanan "Popstar Alaturka"nın sonuncu buraxılışı barədə qəzetimizdə məlumat dərc olunmuşdu. Xatırladaq ki, iki azərbaycanlı iştirakçıdan biri artıq müsabiqəni tərk edib. Digəri - Aygün Şükürova isə final mərhələsi uğrunda yarışır. Lakin sözügedən iştirakçının ifası hər dəfə müxtəlif xoşagəlməz məqamları ilə yadda qalır. Onun sonuncu dəfə səsləndirdiyi Cahangir Cahangirovun bəstəsi olan "Ay qız" mahnısının söz və musiqisinin erməni müəllifinə məxsus olması kimi təqdimatı ictimaiyyətin etirazı ilə qarşılanıb. Xatırladaq ki, "Azəri star" yarışmasının iştirakçıları "Popstar Alaturka"ya türkiyəli prodüser Kamal Cenk İçtenin təşəbbüsü ilə göndərilib. Hazırda Türkiyədə olduğunu deyən Cenk İçten anlaşılmazlığa aydınlıq gətirildiyini söylədi: "Həmin anları mən zalda tamaşaçılar arasında izlədiyim üçün titrləri aydın oxuya bilmirdim. Lakin yaxın dostumun sayəsində efir başa çatmamış məsələdən xəbər tutdum. Dərhal müsabiqənin təşkilat komitəsinə yazılı müraciət göndərdim. Anlaşılmazlığı aradan qaldıran təşkilatçılar əvvəlcə səhvlərini düzəldiblər, daha sonra efirdən üzr istəyiblər". Məsələ gündəmə gələndən bəri bir çox mütəxəssislər mahnının musiqisinin Cahangir Cahangirova məxsus olduğunu söyləsələr də, söz müəllifinin adı bir neçə versiyada səslənirdi. Qeyd edək ki, mətbuatda gedən yazılarda Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayət Həsənli mahnının sözlərinin Zeynal Cabbarzadəyə aid olduğunu araşdırma nəticəsində öyrəndiklərini bildirib. Bəzi mənbələrdə isə şeirin Baba Mirzəyevə məxsus olduğu deyilirdi. Lakin qurum rəsmiləri bunu təkzib ediblər.
Ağasəlim Çıldağın vəziyyəti ağırdır
Meyxana ustadı Ağasəlim Çıldağın vəziyyəti ağırdır. Xroniki böyrək xəstəliyindən əziyyət çəkən 78 yaşlı meyxanaçının tezliklə müalicə olunması lazımdır. Xatırladaq ki, bir neçə il öncə sənətkar insult keçirib. Qəzetimizə açıqlamasında ustad dedi ki, onun tezliklə müalicə kursu keçməsinə ehtiyacı var: "Artıq hər iki böyrəyimin fəaliyyəti zəifləyib. Qanımı zəhərləyir. Belə davam etsə, sonrakı peşmançılıq fayda verməyəcək". Yataq xəstəsi olduğunu əlavə edən Ağasəlim Çıldağ artıq hərəkətdən kəsildiyini də söylədi. Əlavə etdi ki, özünün maddi durumu onun müalicə almasına imkan vermir: "Ailə büdcəsi yalnız xırda-para dərmanları almağımıza yetir. Yaxşı müalicə götürməyim üçün yaxşı da pul lazımdır. Ümidim yalnız dövlət nümayəndələrinədir".
Günay Şuşalı estradaya yenilik gətirir
Müğənni Günay Şuşalı Azərbaycan estradasına yenilik gətirəcəyi barədə çıxış edib. Müğənninin bildirdiyinə görə, o, musiqidə çox da qədim üslublardan olmayan "transsayağı" mahnı ifa edib. Mahnı replə sintez şəklində səsləndirilib. Kompozisiyanın rep hissəsini bu janrın ifaçısı Nado oxuyub. Söhbəti zamanı müğənni əlavə etdi ki, "Gizli sevgi" adlanan mahnıya hazırda klip çəkilir. Rəhman Əliyevin quruluşunda ekranlaşdırılan mahnının sözləri reper Nadoya məxsusdur.
   Yalçın Məlikovdan estrada və vokal dərsləri alan müğənni musiqi savadını artırmaq həvəsindədir. Mədəniyyət və İncəsənət Universitetinin kino-dram aktyorluq fakültəsinin məzunu olan G.Şuşalının səhnə imkanları onun müğənni kimi yetişməsinə təkan olub. Söhbət zamanı öyrəndik ki, müğənni Elariz Məmmədoğlu "Gəl, sevimli yar" klipində tərəf-müqabil olaraq Günayı görüb. Müğənni klipin bu günlərdə təqdim olunacağını diqqətə çatdırdı. O bildirdi ki, klipdə çəkilməsinin məqsədi onun kiminsə kölgəsi altında məşhurlaşmaq istəməsi deyil. Sadəcə, o, yaxın sənət dostunun təklifini rədd edə bilməyib. İntellektual səviyyəsini artırmaq istiqamətində çalışan müğənni onu da qeyd etdi ki, xarici dildə mahnı ifa etmək üçün ingilis dili kursuna yazılıb.
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws