Müstəqil Içtimai-Siyasi Qəzet
09 Fevral 2012-cı il N 10(1454)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Prezident İlham Əliyev Beynəlxalq Ticarət Mərkəzinin açılışında iştirak edib
Dünən prezident İlham Əliyev Bakıda İplik fabriki və Beynəlxalq Ticarət Mərkəzinin açılış mərasimində iştirak edib. Açılış mərasimində dövlət başçısına "MKT" İstehsalat Kommersiya Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 2007-ci ilin sonunda tikilən İplik fabrikində müasir avadanlıqlar quraşdırıldığı barədə məlumat verilib.
   Qeyd edək ki, fabrik ildə 7 min ton pambıqdan iplik istehsal etmək gücünə malikdir. Fabrikin qurulmasına 14 mln. 291 min manat investisiya qoyulub. Fabrikin potensial texnoloji imkanı isə daha 30 növ iplik istehsal etməyə imkan verir. Bakı Pambıqəyirici Fabrikində hal-hazırda 129 işçi çalışır. İstehsal həcminin atrması ilə yeni işçi qüvvəsinin cəlb edilməsi nəzərə alınıb.
   Beynəlxalq Ticarət Mərkəzi də 2007-ci ildə "MKT" İstehsalat Kommersiya Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tikilib və istifadəyə verilib. Ticarət Mərkəzi Avropa standartlarına tam cavab verir və "A" kateqoriyalı ofis-mehmanxana kompleksidir. Kompleks iki korpusdan - 9 mərtəbəli Biznes Mərkəzi və 3 mərtəbəli mehmanxana binasından ibarətdir. Kompleksin tikintisinə və avadanlıqların quraşdırılmasına ümumilikdə 11,5 mln. manat sərmayə qoyulub. Bütün kompleks mərkəzləşdirilmiş izləmə-nəzarət və yanğın təhlükəsizlik sistemi ilə təchiz edilib.
   
Dövlət qulluqçuları arasında təcrübə mübadiləsi
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədri Bəhram Xəlilov Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki ilə görüşüb. Bu barədə məlumatı DQMK-dan veriblər. Görüşdə DQMK B.Xəlilov Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, komissiyanın funksiyaları və fəaliyyəti barədə məlumat verib.
   Səfir M.Oki Yaponiyanın qədim tarixi ənənələrə malik olan dövlət qulluğu sistemi, bu sahədə aparılan islahatlar və Azərbaycanla Yaponiya arasında mövcud əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib. Görüşdə iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili müzakirə olunub.
   Qeyd edək ki, dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrinin qurulması ilə əlaqədar Azərbaycanla Yaponiya arasında bir sıra sənədlər imzalanıb.
Azərbaycanda meşələrin qorunması tam təmin olunmayıb
Azərbaycanda meşələrin qorunması işi hələlik yüz faiz təmin olunmayıb. Bu barədə açıqlamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov verib. "Hələlik biz meşələrin qorunması işinin tam həll edilməsini müşahidə edə bilmirik"-deyən H.Bağırov bununla bağlı xeyli görüləsi işin mövcud olduğunu vurğulayıb. H.Bağırov Kolumbiya mütəxəssisləri tərəfindən dünya ölkələri üzrə ekoloji vəziyyətlə bağlı aparılan monitorinq siyahısında Azərbaycanın ötən illə müqayisədə xeyli nailiyyətlər əldə etdiyini bildirib. Onun sözlərinə görə, həmin siyahıda Azərbaycan 15 ölkəni qabaqlayaraq sırada ön yerlərə keçib. "İnsanlar tənqidi müsbət qəbul etməli və görülən işlərin analizini aparmalıdır. Bu gün Azərbaycanda ekoloji durumu yaxşılaşdırmaq üçün sivil dövlətlərdən nə isə öyrənməli və onu icra etməlidir"-deyən H.Bağırov bəzi mətbu orqanların yanlış məlumatlar yayaraq insanları çaşdırdığını vurğulayıb.
   
"Xocalı soyqırımı: həyata keçirilmə üsulları və nəticələri"
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) BDU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Boran Əzizin "Xocalı soyqırımı: həyata keçirilmə üsulları və nəticələri" adlı kitabının təqdimat mərasimi keçirildi. Kitabda erməni vandalizminin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasəti öz əksini tapıb. Əsərdə müəllif "Xocalı soyqırımı"nı Çar Rusiyasının 200 ilə qədər bir dövr ərzində azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin davamı kimi göstərib. Kitabın elmi redaktoru M.Abdullayev, redaktoru Ə.Ağalarov, rəyçiləri F.İbrahimli, K.Şükürov və A.Rzayevdir. Kitab 1000 tirajla işıq üzü görüb.
   
Səfir H.A.Karslıoğlu Bakıda vida görüşlərinə başlayacaq
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu gələn həftənin sonlarından etibarən Bakıda vida görüşlərinə başlayacaq. Bu barədə məlumatı Türkiyənin ölkəmizdəki səfirliyindən veriblər. "Hazırda səfir H.A.Karslıoğlu şəxsi işləri ilə əlaqədər Türkiyədədir. O, bir neçə gündən sonra Bakıya qayıdacaq və gələn həftənin sonlarından etibarən isə Bakıda dövlət rəsmilərilə vida görüşləri keçirməyə başlayacaq"-deyə məlumatda vurğulanıb. Məlumatda həmçinin səfir Hüseyn Avni Karslıoğlunun fevralın üçüncü ongünlüyündə Bakını tərk edəcəyi bildirilib. Qeyd edək ki, H.A.Karslıoğlu Türkiyə Prezidenti Aparatında məsul vəzifəyə təyin olunub. Xatırladaq ki, H.A.Karslıoğlunu Azərbaycanda Hülusi Qılıc əvəz edəcək.
   
ABŞ Konqresində Azərbaycanla bağlı İşçi Qrupu üzvlərinin sayı artıb
ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, konqresmen Şelli Mur Kapito Azərbaycan üzrə işçi qrupuna qoşulub. Bununla da ABŞ Konqresində Azərbaycanla bağlı İşçi Qrupun üzvlərinin sayı 32-yə çatıb. Xanım Ş.Mur Kapito konqresin maliyyə xidmətləri, nəqliyyat və infrastruktur komitələrinin üzvüdür. Qeyd edək ki, xanım Ş.Mur Kapito konqresmen Bill Şusterin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Onun ölkəmiz haqqında kifayət qədər məlumatı var.
   
Milli koordinatorların növbəti toplantısı Ukraynada keçiriləcək
Fevralın 29-da Ukraynada Avropa Şurası Kiyev Təşəbbüsü Qrupu milli koordinatorlarının növbəti toplantısı keçiriləcək. Görüşdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini, milli koordinator Sevda Məmmədəliyeva təmsil edəcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq təşkilatlarla iş şöbəsindən veriblər. Birgünlük görüşdə AŞ Kiyev Təşəbbüsü Qrupu milli koordinatorları qurum daxilində görüləcək işləri, həyata keçiriləcək layihələri müzakirə edəcəklər.
   
Ermənilər cəbhə xəttinin bir neçə istiqamətindən atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri srağagün saat 19.50-dən 20.10-dək Goranboy, saat 22.50-dən 23.20-dək Füzuli, saat 23.30-dan 23.50-dək Xocavənd rayonunun ərazisindəki, ötən gecə saat 01.10-dan 01.20-dək Ağdam rayonunun Tağıbəyli, saat 01.50-dən 02.10-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə məlumatı Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.
   
   
   
   
   
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws