
Azərbaycan Otüstü Xokkey Federasiyasından bildirmişlər ki, qadınlardan ibarət otüstü xokkey komandamız Bakıda təlim-məşq toplanışına başlayıb. Təlim-məşq toplanışı apreldə paytaxtımızda keçiriləcək lisenziya xarakterli turnirə hazırlıq xarakteri daşıyır.
Pakistanlı Tahir Zamanın rəhbərlik etdiyi qadınlardan ibarət otüstü xokkey millimizin heyətinə 21 yaşlılardan ibarət yığmanın da bir neçə üzvü cəlb edilmişdir. Xatırladaq ki, apreldə keçiriləcək yarışda Azərbaycan millisi ilə yanaşı, İspaniya, Ukrayna, Belarus, Keniya və Çili komandaları iştirak edəcəklər. Qalib komanda Pekin Olimpiya Oyunlarında iştirakını təmin edəcəkdir.