Dövlət orqanlarında vakant vəzifələrin tutulması məqsədilə müsabiqə elan edilib
Dünən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün növbəti dəfə müsabiqə elan edib. Bu barədə məlumatı DQMK-nın mətbuat xidmətindən veriblər.
Müsabiqədə DQMK (2 vəzifə üzrə 3 yer), Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (4- 4 yer), Mədəniyyət və Turizm Nazirliyi (12-12 yer), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (3-3 yer), Nəqliyyat Nazirliyi (6-7 yer), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (9-9 yer), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (6-6 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (16-19 yer), Dövlət Sosial Müdafiə Fondu (27 - 28 yer), Dövlət Statistika Komitəsi (16-17 yer), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (4 - 4 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (20 - 23 yer), Təhsil Nazirliyi (36 - 45 yer), Müəllif Hüquqları Agentliyi (3 - 3 yer), İqtisadi İnkişaf Nazirliyi (10 - 19 yer), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (53 - 53 yer), Səhiyyə Nazirliyi (10 - 10 yer), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (50 - 76 yer), Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası (3 - 3 yer), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (8 - 8 yer), Kənd Təsərrüfatı Nazirliyi (10 - 10 yer), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (8 - 8 yer), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (5 - 5 yer), Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (1 yer), Dövlət Miqrasiya Xidməti (38 - 48 yer), Tarif (qiymət) Şurası Katibliyi (4 - 4 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (12 - 12 yer) və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (1 yer) iştirak edir.