Müstəqil Içtimai-Siyasi Qəzet
09 Fevral 2012-cı il N 10(1454)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Azərbaycana ayrılması nəzərdə tutulan hərbi təyinatlı yardım erməni dairələrini coşdurub
Birləşmiş Ştatlar administrasiyası gələn ilin büdcə layihəsində Ermənistana 24 milyon dollar yardım ayrılmasını nəzərdə tutub. Bu, 2008-ci il üçün administrasiyanın təklif etdiyi yardım payından 11 milyon dollar, Konqresin müəyyən etdiyi yekun məbləğdən isə iki dəfədən də azdır. Xatırladaq ki, ABŞ hökuməti 2008-ci ilin büdcə layihəsində Ermənistana 35 milyon dollar ayrılmasını təklif etmiş, Konqresdəki müzakirələrdə isə erməni lobbisi bu məbləği 58 milyon dollara çatdırmışdı. Bununla belə, Ermənistanın 2008-ci ildə ABŞ-dan alacağı yardım öncəki illərlə müqayisədə ən aşağı məbləğdir. İndiyədək Amerikanın Ermənistana faktiki yardım payı ən azı 75 milyon dollar (2006-2007-ci illərdə) olmuşdu. Eyni zamanda, son illərin praktikası Amerikanın bir çox ölkələrə yardım payını azaltdığını göstərir və bu sırada Ermənistanın payının daha sürətlə azalması diqqət çəkir. Düzdür, Konqresdəki "erməni dostları" hər dəfə Ağ evin təklif etdiyi məbləği artırırlar, amma bunu etmək hər il daha çətin olur. ABŞ administrasiyası 2006 və 2007-ci illər üçün Ermənistana 55 və 50 milyon dollar nəzərdə tutsa da, erməni lobbisi hər iki məbləği 75 milyona çatdırmışdı. Ötən il isə ermənipərəst konqresmenlər yardım payına yalnız 23 milyon əlavə edə bilmişdilər.
   Gözlənildiyi kimi, Amerikanın erməni diasporu budəfəki büdcə layihəsini də böyük narazılıqla qarşılayıb. Onu da qeyd edək ki, bu, prezident Corc Buşun Konqresə təqdim etdiyi sonuncu büdcə layihəsidir. Gələn ilin büdcə layihəsinin xərcləri ümumilikdə 3,1 trilyon dollar həcmində nəzərdə tutulub və bu, ABŞ-ın tarixində rekord göstəricidir. Düzdür, Buşun hakimiyyəti dövründə büdcə kəsiri (gəlir və xərclər arasında) də rekord səviyyəyə çatıb və gələn il 410 milyard dollar həcmində proqnozlaşdırılır. Gələn ilin büdcəsində xarici yardımlar paketi üçün ümumilikdə 39 milyard dollar (o cümlədən postsovet ölkələri üçün 700 milyon dollardan çox) ayrılması nəzərdə tutulub. Yeni büdcə layihəsi ilə bağlı Amerika Erməni Assambleyasının bəyanatında vurğulanır ki, Amerikanın 39 milyardlıq xarici yardım paketində Ermənistana cəmisi 24 milyon dollar nəzərdə tutulması ədalətsizlikdir. "Türkiyənin və Azərbaycanın Ermənistanı təcrid etmək cəhdlərinin davam etdiyi bir vaxtda ABŞ administrasiyasının bu addımı yolverilməzdir. Biz administrasiyanı Ermənistana yardımı azaltmaq əvəzinə, Konqreslə birlikdə bu ikiqat blokadanı aradan qaldırmaq üçün səy göstərməyə çağırırıq"- deyə bəyanatda qeyd olunur. Erməni dairələrinin etirazını doğuran digər məsələ gələn ilin büdcə layihəsində Azərbaycana Ermənistana nisbətən çox hərbi təyinatlı yardım ayrılması ilə bağlıdır. Layihədə hər iki ölkəyə Silahlı Qüvvələrin maliyyələşməsi proqramı üzrə bərabər məbləğ (3 milyon dollar) nəzərdə tutulsa da, hərbi təlimlər üzrə Azərbaycana 900 min, Ermənistana isə 300 min dollar ayrılması təklif olunur. Konqresdəki "erməni dostları" qrupunun həmsədrlərindən Co Nolenberq bununla bağlı qeyd edib ki, Azərbaycan Ermənistana qarşı hədələyici bəyanatlarını davam etdirir və bu ölkəyə əlavə hərbi yardım ayrılması, "ümumiyyətlə, məqsədəuyğun deyil".
   Qeyd edək ki, öncəki illərdə də Ağ evin Azərbaycana Ermənistandan çox hərbi yardım ayırmaq niyyəti erməni lobbisinin müqaviməti ilə qarşılanıb. Erməni diasporuna görə, ABŞ Konqresi 2001-ci ildə Azərbaycana və Ermənistana hərbi yardıma moratoriumu ləğv edərkən hər iki ölkəyə eyni həcmdə vəsait ayrılması barədə Ağ evlə razılığa gəlib və həmin paritet prinsipinə riayət edilməlidir. 2008-ci il üçün büdcə layihəsində hərbi yardım və təlimlər üçün Azərbaycana ümumilikdə 5,3 milyon, Ermənistana isə 3,3 milyon dollar yardım ayrılması nəzərdə tutulsa da, Konqresdəki müzakirələrdə hər iki ölkənin payı bərabərləşdirildi - 3,5 milyon dollar. Bu baxımdan növbəti il üzrə büdcə müzakirələrində də "erməni dostları"nın bu pariteti təmin edəcəyini gözləmək olar.
   O ki qaldı Ermənistana ümumi yardımın artırılmasına, administrasiyanın təklif etdiyi 24 milyon dolların builki məbləğə (58 milyon) çatdırılması müşkül görünür. Hərçənd erməni lobbisi buna nail olacağını vəd edir. Qeyd edək ki, ötən il Nümayəndələr Palatasındakı müzakirələrdə erməni lobbisi Ermənistanın layihə üzrə yardım payına 33 milyon dollar (68 milyon), Senatdakı müzakirələrdə isə cəmisi 4 milyon dollar (39 milyon) əlavə edə bilmişdi. Nəticədə hər iki palatanın büdcə layihəsi ilə bağlı uzlaşma komissiyası Ermənistana yardım payını 58 milyon dollar müəyyən etdi. Nəzərə alsaq ki, 2008-ci ilin noyabrında Amerikada prezident seçkiləri ilə yanaşı, Nümayəndələr Palatası və Senata "aralıq seçkilər" keçiriləcək, onda ermənipərəst qüvvələrin daha fəal olacağını gözləmək olar. Qeyd edək ki, növbəti ilin büdcə layihəsi sentyabradək Konqresin hər iki palatasından keçməlidir. Yeri gəlmişkən, Buş administrasiyasının Konqresə təqdim etdiyi büdcə layihəsində Azərbaycanın yardım payı, cüzi də olsa, artırılıb. Ağ ev 2008-ci il üçün ölkəmizə 18,5 milyon dollar yardım təklif etmişdi, sonda bu məbləğ 19 milyona çatdırıldı. Gələn il üçün isə administrasiya Azərbaycana 19,5 milyon dollar yardım təklif edir. Bütövlükdə isə ABŞ-ın "Azadlığa Dəstək Aktı" (1992-ci ildə qəbul olunub) əsasında keçmiş SSRİ ölkələrinə göstərdiyi yardım paketində son illər azalma nəzərə çarpır. Vaşinqton dairələrinə görə, postsovet ölkələri müstəqilliyin ilk illərindən fərqli olaraq indi yardıma daha az möhtacdırlar.
   Hərçənd son illər ("qızılgül inqilabı"ndan sonra) ABŞ-ın Gürcüstana yardım payında azalma deyil, nisbi artım nəzərə çarpır. Buş administrasiyası 2008-ci il üçün Gürcüstana isə 50,5 milyon dollar yardım təklif etdiyi halda, gələn il üçün bu məbləği 52 milyona çatdırıb. Növbəti ildə Gürcüstana ayrılacaq hərbi yardımın həcmi isə digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur - 11 milyon dollar. Gürcüstana yönəlik bu jest Gürcüstanın son illər NATO-ya can atmasına daha bir dəstək nümayişi sayıla bilər. Azərbaycana gəldikdə isə, Amerika dairələrinə görə, ölkəmiz qonşularına (ələlxüsus da Ermənistana) nisbətən yaxşı iqtisadi vəziyyətdə olduğu üçün xarici yardıma elə bir ehtiyacı yoxdur. Vaşinqtonda ölkəmizə daha az maliyyə ayrılmasını da bununla izah edirlər. Yada salaq ki, Azərbaycan "Azadlığa Dəstək Aktı"na edilmiş 907 saylı düzəlişə görə, 2002-ci ilədək, ümumiyyətlə, Amerikadan dövlət yardımı almırdı. 907-nin qüvvəsinin dayandırılmasından sonrakı illərdə bu yardımın həcmi maksimum 50 milyon dollar olub. O cümlədən 2006-cı ildə ölkəmizə 35 milyon dollar, 2007-ci ildə 28 milyon yardım ayrılıb. Ermənistan isə, illik yardımlarla yanaşı, ABŞ-ın "Minilliyin çağırışları" proqramından da bəhrələnir. Bu proqrama əsasən, ABŞ-ın Ermənistana 2006-2010-cu illərdə 235 milyon dollar yardım göstərməsi nəzərdə tutulur.
AĞANİSƏ
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws