Müstəqil Içtimai-Siyasi Qəzet
09 Fevral 2012-cı il N 10(1454)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

AVROPA İTTİFAQINI YAXIN 25 İLDƏ AĞIR ENERJİ BÖHRANI GÖZLƏYİR
Böyük Britaniyanın "Qardian" qəzetinin Avropa İttifaqının (Aİ) aparıcı energetika şirkətlərinin rəhbərliyinə istinadla yazdığına görə, Aİ "yaşıl" lobbinin tələb etdiyi yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəticəsində yaxın 25 ildə ağır enerji böhranı yaşaya bilər. Avropa İttifaqı 2033-cü ilədək öz enerji strukturunun inkişafına küllü miqdarda vəsait - 2,9 trilyon dollar yatırmalıdır. Lakin Avropa isteblişmentinin ekologiyanın mühafizəsi problemlərinə çox həssas yanaşması üzündən energetika şirkətləri hazırda iri investisiya layihələrindən imtina etmək məcburiyyətindədirlər.
   Aİ-nin aparıcı energetika şirkətlərindən biri sayılan Almaniyanın E.ON korporasiyasının başçısı Yohannes Tissen Avropa Komissiyasının karbon qazının emissiyasına yeni vergilər tətbiq etmək qərarını tənqid etmişdir. Yeni vergilər bir sıra şirkətlərin enerji layihələrini inkişaf etdirməkdən imtina etmələrinə səbəb olmuşdur. Nəticədə son 50 ildə Avropa İttifaqı energetika sahəsində ikiqat zəifləmişdir. Bildirilir ki, 2030-cu ilədək Aİ-nin enerji daşıyıcılarının idxalından asılılığı xeyli artacaq, tələbatının 70 faizi idxal hesabına təmin olunacaqdır.
   
ƏRDOĞAN ALMANİYAYA RƏSMİ SƏFƏRƏ GƏLİB
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin rəsmi dəvəti ilə bu ölkəyə səfərə gəlmişdir. Ərdoğan səfərin ilk günündə Ludviqshafen şəhərində olmuşdur. Baş nazir burada fevralın 3-də baş vermiş yanğın nəticəsində 9 türkün həlak olduğu və 60-dan artıq şəxsin müxtəlif növ bədən xəsarəti aldığı yaşayış binasına baş çəkmiş, faciə qurbanlarının xatirəsini yad etmişdir. Rəcəb Tayyib Ərdoğan yanğının daha ağır nəticələr verməsinin qarşısını almış yanğınsöndürmə, xilasetmə və polis bölmələrinə təşəkkür etmiş, hadisənin səbəblərinin ən qısa zamanda araşdırılacağına ümidvar olduğunu bildirmişdir.
   Raynland-Pfalts əyalətinin Baş naziri Kurt Bek bildirmişdir ki, Almaniya hökuməti hadisənin tam araşdırılması və zərər çəkmiş insanların vəziyyətinin yaxşılaşdırılması üçün əlindən gələni edəcəkdir. Sonra Ərdoğan yanğın zamanı yaralanmış şəxsləri xəstəxanada ziyarət etmiş, onlara şəfa arzulamışdır. Türkiyənin Baş naziri Almaniyaya rəsmi səfəri çərçivəsində Berlində federal kansler Angela Merkel, eyni zamanda bu ölkədə yaşayan türk icmasının nümayəndələri ilə görüşlər keçirəcəkdir. Türkiyənin Baş naziri, həmçinin fevralın 9-da Təhlükəsizlik Siyasətinə dair 44-cü Münxen Konfransına məruzəçi qismində qatılacaqdır. Səfərin yekununda - fevralın 10-da Ərdoğanın Köln şəhərində türk toplumu qarşısında çıxışı gözlənilir.
İTALİYA PREZİDENTİ ÖLKƏ PARLAMENTİNİ BURAXIB
İtaliya Prezidenti Ciorcio Napolitano ölkə parlamentinin buraxılması haqda qərar qəbul etmişdir. Yanvarın 24-də Baş nazir Romano Prodi istefa verdikdən sonra, ölkə başçısı Senatın sədri Franko Mariniyə müvəqqəti hökumətin yaradılmasını tapşırmışdı. Marini ölkənin siyası arenasında təmsil olunan bütün partiya və bloklarla ümumilikdə 26 görüş keçirsə də, müvəqqəti hökumətin yaradılması üçün lazımi razılığı əldə edə bilməmişdi. Danışıqların uğursuzluğuna əsas səbəb isə müxalifətdə olan sağ-mərkəzçi blokun rəhbəri Silvio Berluskoninin müvəqqəti hökumətin yaradılması ideyası ilə razılaşmayaraq, növbədənkənar seçkilərin keçirilməsinə israr etməsi olmuşdur.
   Danışıqların nəticə verməməsi prezidenti parlamenti buraxmağa vadar etmişdir. Bununla da İtaliyada 61-ci hökumət təşkil edildikdən cəmi 20 ay sonra fəaliyyətini başa vurmuşdur. İtaliyada növbədənkənar parlament seçkilərinin cari il aprelin ortalarında keçiriləcəyi güman edilir. Dəqiq gün Nazirlər Kabineti tərəfindən təyin ediləcəkdir.
   
ƏRƏB ŞƏRQİ TƏHSİL SAHƏSİNDƏ CİDDİ BÖHRAN YAŞAYIR
Ərəb Şərqi XXI əsrin əvvəlində təhsil sahəsində dünyanın digər regionlarından xeyli geri qalır. Dünya Bankının ekspertləri öz məruzələrində bu qənaətə gəlmişlər. Ekspertlərin fikrincə, regionda təhsil sahəsində struktur islahatlarının vaxtı çoxdan çatmışdır. İslahatlar gənc nəslə, ilk növbədə, analitik düşüncə qabiliyyəti, innovasiya texnologiyaları istiqamətində yaradıcılıq keyfiyyətləri aşılamalıdır. Bu strategiya ərəb ölkələrinə qloballaşmanın çağırışlarına cavab verməyə kömək edər, kütləvi işsizliyin və bununla bağlı kəskin sosial problemlərin səviyyəsini azalda bilər. Bildirilir ki, Yəmən, İraq, Mərakeş və Cibuti təhsil islahatları sahəsində xüsusilə geridə qalırlar. Ekspertlər İordaniya və Küveytin bu sahədə uğurlar qazandığını vurğulayırlar.
   Ərəb Ölkələri Birliyi Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ALEKSO) bu ilin əvvəlində açıqladığı məlumatına görə, ərəb ölkələrində 99,5 milyon nəfər, yaxud əhalinin 29,7 faizi savadsızdır. ALEKSO hesab edir ki, savadsızlığın artması ölkələrin sosial inkişafına təhlükə yaradır. Qurum ərəb ölkələrini ibtidai təhsilin məcburi olması istiqamətində səmərəli addımlar atmağa çağırmışdır.
Aİ "TƏMİZ SƏMA" LAYİHƏSİNİ HƏYATA KEÇİRMƏYƏ BAŞLAYIR
Avropa İttifaqının üzvü olan ölkələr Avropa aviasiya sənayesi ilə birlikdə "Təmiz səma" layihəsinin həyata keçirilməsi haqqında razılığa gəlmişlər. Layihənin məqsədi yaxın yeddi il ərzində ətraf mühitə təsir baxımından daha az zərərli aviasiya texnologiyalarının yaradılmasını maliyyələşdirməkdir. Proqramın həyata keçirilməsinə 1,6 milyard avro ayrılır, bu vəsaitin yarısına Aİ-nin icra hakimiyyəti zəmanət verir. Vəsaitlər ən perspektivli layihələr, xüsusən az səs-küylü və ekoloji cəhətdən daha təmiz avialayner mühərriklərinin yaradılması layihələri təqdim edən tender qaliblərinə ayrılacaqdır. Avropa ekspertləri qarşılarına məqsəd qoyurlar ki, yeni nəsil Avropa təyyarələri hazırda istismarda olan modellərə nisbətən 12-20 faiz az karbon qazı buraxsın, habelə 10 faiz az səs-küylü olsun.
   
QASIRĞA QURBANLARININ SAYININ ARTACAĞI GÖZLƏNİLİR
ABŞ-ın beş cənub ştatında bir sıra dağıdıcı qasırğalar nəticəsində azı 55 nəfər həlak olmuş, yüzdən artıq adam yaralanmışdır. Missisipi, Arkanzas, Tennessi, Kentukki və Alabama ştatlarında çoxsaylı qasırğalar öz yolu üstündə hər şeyi viran qoymuşdur. Mütəxəssislərin dediyinə görə, bu, son 23 il ərzində ən güclü və dağıdıcı qasırğa silsiləsidir. Zərərin dəqiq məbləği hələlik müəyyən edilməmişdir, lakin artıq məlumdur ki, qasırğalar minlərlə evi dağıtmışdır.
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws