Müstəqil Içtimai-Siyasi Qəzet
09 Fevral 2012-cı il N 10(1454)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

ÖLKƏMİZİN DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, Azərbaycanın dövlət sərhədinin mühafizəsi yüksək səviyyədədir və ötən ay dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərən 33 sərhəd pozucusu saxlanılmışdır. Onların 11-i Azərbaycan, 12-si Gürcüstan, 6-sı İran, 2-si Nigeriya, qalan ikisi isə Rusiya və Polşa vətəndaşıdır. Sərhəd pozucularının 13 nəfəri sərhəd zastavalarında, 13-ü isə sərhəd nəzarət məntəqələrində saxlanılmışdır.
   Üç nəfər (Azərbaycan) sərhəd rejimi qaydalarını pozduğuna, 19 nəfər (7 nəfər Ukrayna, 3 İran, 2 Azərbaycan, 2 İraq, 2 Qırğızıstan, 2 Rusiya və 1 nəfər Çin vətəndaşı) müvafiq sənədləri olmadığına, 53 nəfər (10-u İran, 5-i Əfqanıstan, 4-ü Azərbaycan, 4-ü Çin, 4-ü Pakistan, 4-ü Türkiyə 3-ü Hindistan, 3-ü İsrail, 2-si Filippin, 2-si İndoneziya, hər ölkədən bir nəfər olmaqla ABŞ, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, Keniya, Qırğızıstan, Malayziya, Nigeriya, Səudiyyə Ərəbistanı, Tacikistan vətəndaşları və 1 nəfər vətəndaşlığı olmayan şəxs) vizası olmadığına, 44 nəfər (11-i İran, 9-u Türkiyə, 4-ü Böyük Britaniya, 2-si ABŞ, 2-si Almaniya, 2-si Bosniya və Herseqovina, 2-si Hindistan, 2-si Polşa, hər ölkədən 1 nəfər olmaqla Avstraliya, Çin, Fransa, İndoneziya, İraq, İspaniya, İsrail, Malayziya, Norveç və Pakistan vətəndaşları) vizasının müddəti qurtardığına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
   Cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində axtarışda olan 38 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində ay ərzində 3 halda 109 kiloqram 337 qram narkotik maddənin dövlət sərhədlərimizdən keçirilməsinin qarşısı alınmışdır. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən 15 gəmi (Rusiyaya məxsus 9, İran, Qazaxıstan və Azərbaycanın hər birinin 2) və 3 qayıq (İran 2, Azərbaycan 1) saxlanılaraq baxış keçirilmiş, sərhəd rejimi qaydalarına riayət etməyərək sənədsiz dənizə çıxdığı üçün taxta gövdəli mühərrikli qayıqda 2 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
   Qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində 33 halda ümumi dəyəri təxminən 445 min 484 manat olan qaçaqmalı saxlanılmışdır. 530 rus rublu, 396 gürcü larisi, 167 Azərbaycan manatı, 50 ABŞ dolları, 39 ədəd ov tüfəngi, 52 ədəd patron, 134 tüfəng gilizi, 1 bıçaq, 47,2 kiloqram barıt, 14 kiloqram qırma, 254 qutu partlayıcı oyuncaq, 109 kiloqram 337 qram narkotik maddə, 100 litr dizel yanacağı, 628 qutu siqaret, 3 mobil telefon, 688 ədəd dini kitab, 200 ədəd audio kaset, 41 ədəd CD formatlı disk, 1 ədəd səhra yataq dəsti, 840 ədəd yuyucu toz, 1 qayıq (taxta), 3 tor, 1000 ədəd qarmaq, xeyli miqdarda müxtəlif spirtli içkilər, ərzaq, sənaye və kənd təsərüffatı məhsulları götürülmüşdür. Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
   
YOL-NƏQLİYYAT QƏZALARINDA BİR NƏFƏR ÖLÜB
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 5-də Xətai rayonu ərazisində, Bakı şəhər sakinləri Həsənağa Əliyevin idarə etdiyi "Daewoo-Neksia" markalı və Faiq Haqverdiyevin sürdüyü "Kamaz" markalı avtomaşınlar toqquşmuşdur. Qəza zamanı H.Əliyev hadisə yerində ölmüşdür.
   Kürdəmir rayonunda isə rayon sakini Ağasən İsmayılov Qədir Nadirova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış və həmyerlisi Dürdanə Heydərovanı vurmuşdur. Xəsarət almış D.Heydərova xəstəxanaya yerləşdirilmişdir. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İsmayılov tutulmuşdur. Faktlarla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
YANĞIN ZAMANI İKİ NƏFƏR XƏSARƏT ALIB
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 7-də Nərimanov rayonunun ərazisində yaşayan Eldəniz Əliyevə məxsus mənzildə yanğın baş vermişdir. Hadisə nəticəsində mənzil əşyaları ilə birlikdə külə dönmüş, E.Əliyev və arvadı Şəlalə isə yanıq xəsarətləri almışlar. Yanğının səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.
   
   
GÜN ƏRZİNDƏ 36 CİNAYƏT FAKTI QEYDƏ ALINIB
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 6-da respublika ərazisində qeydə alınan 36 cinayət hadisəsindən 28-nin üstü isti izlərlə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər keçirilmiş əməliyyat tədbirləri nəticəsində tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Daxili işlər orqanları əməkdaşları narkotiklərlə əlaqədar 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən etmiş, müxtəlif növ cinayət törətdiklərinə görə 37 nəfəri tutmuşlar. Gün ərzində 3 yol-nəqliyyat qəzası baş vermiş, 5 yanğın qeydə alınmışdır.
   
NARKOTİK MADDƏ ALVERÇİLƏRİ YAXALANIBLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları Bakı şəhər sakini Zahid Muradovdan 1,7 qram heroin götürmüşlər. Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşları Bülbülə qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Firuz Nəzərəliyevdən 0,229 qram, Nizami Rayon Polis İdarəsi 23-cü bölməsinin əməkdaşları Keşlə qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Akif Əliyevdən 0,253 qram, Yasamal Rayon Polis İdarəsi 28-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rəsulovdan 0,234 qram, Aydın Qulamovdan 0,251 qram heroin götürmüşlər.
   Salyan Rayon Polis Şöbəsi əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Mehman Zahidovdan 7,62 qram, Kür Qaraqaşlı kənd sakini Ramil Səmədovdan 7,4 qram, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini Fərhad Əfəndiyevdən 8 qram marixuana aşkar edərək götürmüşlər. Faktlarla bağlı araşdırmalar aparılır.
   
ADAM OĞURLUĞU MADDƏSİ İLƏ AXTARILAN ŞƏXS TUTULUB
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Nizami (Gəncə) Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva Şəhər Daxili İşlər İdarəsi tərəfindən RF CM-in 126-cı maddəsi ilə (adam oğurluğu) axtarışda olan Sədrəddin Hüseynov tutulmuşdur.
   
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws