2007-ci ilin on ən müəmmalı hadisəsi
"Rolinq Stouns"un lideri Mik Caqqer şəxsən yad planetdən gəlmiş görüşdən sonra yadplanetlilərlə ciddi şəkildə təmasda olmağa başlamışdı. Bu hadisə 1968-ci ildə baş vermişdi. Mik özünün o vaxtkı rəfiqəsi Mariann Feyfulla təbiətin qoynuna getmiş və gecə vaxtı onlar siqarabənzər parıltılı gəmi görmüşdülər. Bundan sonra Caqqerin İngiltərədəki malikanəsində UNO detektoru quraşdırılmışdır. 1969-cu ildə rok-musiqiçi yenidən UNO görmüşdü. Belə ki, o, "Rolinqçi"lərin Altamontdakı (Kaliforniya) məşhur konserti zamanı tamaşaçıların başı üzərində asılı vəziyyətdə olmuşdu. Mik Caqqerin şəxsi həyatınnın qəribə təfsilatları barədə "Gəlmələrin roku" kitabının müəllifi, yazıçı Maykl Lukman jurnalistlərə söhbət açmışdı. "Caqqer "Rolinq Stouns" qrupunun UNO-nu görən yeganə üzvü deyildir. Gitaraçı Keyt Riçards təsdiq etmişdir ki, o da bir neçə UNO görmüşdür". Lukman eyni zamanda təsdiq edir ki, "Con Lennon da yadplanetlilərlə təmasda olmuşdur. Con Lennona kimsə metal kimi bir maddədən hazırlanmış oval, qövsvari kiçik bir əşya vermişdi. Lennon da öz növbəsində, həmin əşyanı ekstrasens Uli Gellerə ötürmüşdü. O, bu əşyanın nəyə lazım olmasını bilməmişdi, lakin inandırmağa çalışmışdı ki, onu yadplanetlidən almışdır. Maraqlıdır ki, bütün bunların hamısı Lennona sui-qəsddən bir il əvvəl baş vermişdi"-Lukman jurnalistlərə bildirmişdi.
Altay diyarına UNO düşüb
Yanvarın 10-da axşam Altay diyarının Razdolye kəndi və Uqlı rayon mərkəzinin yaxınlığında yerə çoxtonnajlı obyekt düşmüşdü.
Düşmə hadisəsi çox güclü partlayış və çox parlaq işıqla müşayiət olunmuşdu. Bu qeyri-adi təzahürü onlarla yerli sakin görmüşdü.
Ölkə əhalisi bu barədə məlumatı yanvar ayının 16-17-si tarixlərində qəzetlərdə oxumuşdu, "düşmən"in düşdüyü mərkəz isə may aynın 12-13-də kosmoaxtarış ekspedisiyası tərəfindən tapılmışdı. Tapılmış yüzlərlə qalıqların mənşəyi barədə indiyə qədər mübahisə aparılır, lakin ən inandırıcı versiya Komet nüvəsinin qalıqlarının düşməsidir. Obyekt düşən zaman parçalanaraq toz şəklində yerə tökülmüşdü, ona görə də bir çoxları qalan episentrləri tapmağa cəhd etmişdir. Lakin indiyə qədər ikinci episentr tapılmamışdır, ona görə də, əgər bu meteorid idisə, çox müəmmalı meteorid olmuşdu.
Meksika polisinin üzərinə ifritə hücum edib
Mart ayında Meksikadakı bir neçə maraqlı televiziya kanalı videoyazı nümayiş etdirmişdi. Bu videoyazıda tünd, təpələr üzərində uçan və süpürgə üzərində oturmuş obyektə çox oxşayan ifritə tam dəqiqliyi ilə görünürdü. Videoyazı təqribən bir dəqiqəyə qədər davam etmişdi. Obyekt müxtəlif istiqamətlərdən görünürdü. O, gah açıq səma fonunda, gah da tünd təpə fonunda uçurdu. Bundan başqa, televiziya reportajında iki polisin müşahidələri verilirdi. Onlar ifritəyəbənzər uçan obyektlə toqquşduqları barədə söhbət edirdilər.
Reportajda uçan fərdi qurğuda hərəkət edən yadplanetlinin çəkildiyini iddia edən fotoqrafın fikri öz əksini tapmışdı.
Çində nəhəng adamların yeni izləri tapılıb
Noyabr ayının 18-də Çində Şennongiy əyalətində yerli sakinlər iki insanabənzər, qara tüklərlə örtülmüş məxluq görmüşlər. Bu məxluqlardan hündürünün boyu 1,70 sm, digərinin boyu isə 1,3 və ya 1,4 metr olmuşdu. Noyabrın 22-sində Çin Elmi Asosiasiyasının üzvləri həmin yerlərdə təqribən bir-birindən aralı məsafədə olan bir neçə qeyri-adi izlər aşkar etmişlər. Hər bir iz sol ayağın izi olmuşdu. Böyük izin uzunluğu təqribən 30 sm olmuş, (pəncəsi 8 sm, dabanın eni isə 12 sm) olmuşdur. Kiçik izlərin uzunluğu 18 sm olmuşdur. İzlərdən gips vasitəsilə qəliblər götürülmüşdür.
Britaniya sahillərində bir mil eni olan UNO qeydə alınıb
İyunda Aurigny Airlines avia şirkətin pilotu və sərnişinləri Normand adaları üzərində havada şahidlər tərəfindən təsvir edilən iki ən böyük UNOnun görünməsinin şahidi olmuşlar.
Pilot Rey Bouerin sözlərinə görə, o, əvvəlcə uzunu təqribən 1 km olan dartılmış bir parlaq obyekt görmüşüdü. UNO hərəkətsiz şəkildə dəniz üzərində təqribən 600 m yüksəklikdə asılı vəziyyətdə olmuşdu. O, təyyarədən 60 km məsafədə idi. Müəyyən vaxt keçdikdən sonra pilot ikinci anoloji obyekti də görmüşdü. O da birinci obyektdən Qərbə tərəf hərəkətsiz şəkildə dayanmışdı. Pilotun sözlərini təyyarədəki bir neçə sərnişin, eləcə də həmin anda həmin rayonda uçan başqa bir təyyarənin pilotu da də təsdiq etmişdir.
Bağdadda kabus yaranıb
Yanvarda İraq KİV-i məlumat vermişdi ki, Səddam Hüseyn Bağdadda gəzir. Onu görən adamlar jurnalistlərə danışmışlar ki, Səddam küçələrdə gəzir, restoranlara və piştaxtalara, bazarlara da baş çəkir. Şahidlər 100% əmindirlər ki, onlar məhz Səddamı görmüşlər. Bu adamların sayı çoxdur, onlar bir-biri ilə tanışdırar, müxtəlif tərəflərdə yaşayırlar. Ekspertlər hesab edirlər ki, onların hamısının mütəşəkkil şəkildə yalan danışmağına şübhələnmək çətindir. İnsanlar doğurdan da kimisə görmüşlər. Ola bilsin ki, Səddama oxşar insan onun diri olduğu barədə mifi möhkəmləndirmək üçün özünü onun şəklinə salmışdır.
(ardı var)