Müstəqil Içtimai-Siyasi Qəzet
14 Fevral 2012-cı il N 16(1463)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Ədalət Şükürovun Kuba fantaziyaları
Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürov növbəti klipini Kubada çəkdirmək üçün ötən həftə səfərdə olub. Həm ziyarət, həm də ticarət xarakteri daşıyan səfər Ədalət Şükürovun səfər dəftərinə xüsusi hərflərlə yazılıb. Müğənninin qəzetimizə bildirdiyinə görə, dünyanın bir çox şəhərində olub, lakin orada keçirdiyi mənəvi rahatlığı heç yerdə tapa bilməyib: "İstirahət edə-edə klip çəkilişini də yekunlaşdırdım. Səfər bir qədər yaradıcılıq xarakteri daşıdığından ailə üzvlərimi özümlə aparmadım. Yalnız yaxın dostlarımla getdim. Onlar çəkiliş üçün məkan seçimində və müəyyən işlərdə mənə yardımçı olublar. 4 şəhəri gəzdik. Orada da kasıb və varlı təbəqə seçilir. Kasıblar arasında uşaqdan böyüyə kimi hamı işləyir. Amma təhsili ikinci dərəcəli tutmurlar. Uşaqlar məktəbdən qayıdan kimi portağal və müxtəlif subtropik meyvələrin satışı ilə məşğul olurlar".
   Müğənninin əlavəsinə görə, orada turizmlə məşğul olmaq çox əlverişlidir. Dincəlmək məqsədi ilə Kubaya gələnlərin sayı çoxluq təşkil edir. Səfərinin ekran görüntülərinin montaj olunduğunu deyən Əməkdar artist onların tezliklə tamaşaçılara təqdim olunacağını diqqətə çatdırdı: "Bilirsiniz ki, mənim əksər səfərlərimin ana xəttini klip çəkilişləri təşkil edir. Kuba səfərimi də bu ənənənin davamı hesab etmək olar. Baba Vəziroğlunun sözlərinə yeni mahnı bəstələmişəm. Səfər öncəsi bu qənaətə gəldim ki, həmin mahnının ekran görüntülərini orada hazırlayım. Dostlarımın yardımı ilə maraqlı məkanlar seçdik və çəkiliş apardıq. Yaxın günlərdə klip efirdən izləyicilərinə təqdim olunacaq".
   
"Qızlar"ın ömrü uzun olacaq
ANS telekanalında yayımlanan "Qızlar" serialı ətrafında gəzən söhbətlərə filmin qəhrəmanlarından olan Vəfa Zeynalova qəzetimizə aydınlıq gətirdi. Filmin çəkilişlərinin uğurla davam etdiyini deyən aktrisa serialın azaldılacağı xəbərlərini təkzib etdi. Belə bir ehtimalın olmadığını deyən Vəfa Zeynalova bildirdi ki, "Bakı Film"in istehsalı olan "Qızlar"ın ömrü uzun olacaq: "İstənilən təbəqənin film barədə yaxşı fikri söyləməsi, əslində, düzgün deyil. Biz tənqidlərə də normal yanaşırıq. Fikirlər müxtəlif olmasa, inkişaf da olmaz".
   Xoşagəlməz fikirləri filmdəki açıq səhnələrlə əlaqələndirən aktrisa dedi ki, söhbətlərin əksəriyyəti buradan qaynaqlanır.
   Aktrisa filmin yayımına qadağa qoyulduğu barədə gəzən şayiələrə də aydınlıq gətirdi: "Hər gün müxtəlif fikirlər eşidirik. Son eşitdiyimiz xəbərdə isə filmin yayımına qadağa qoyulduğu deyilir. Başa düşdük ki, bu fikir sonuncu seriyanın yayımından sonra qaynaqlanmağa başlayıb. Bu barədə kimlərsə versiya söyləyir, amma heç kim həqiqəti öyrənmək istəmir".
   Sonda "Qızlar"ın taleyindən danışan Vəfa Zeynalova əlavə etdi ki, bu günlərdə daha bir seriyanın çəkilişləri yekunlaşıb. Yaradıcı qrup yaxın günlərdə növbəti çəkilişlərə hazırlaşır. Aktrisa əlavə etdi ki, tamaşaçılar növbəti aylarda daha maraqlı səhnələrin şahidi olacaqlar".
   Vəfa Zeynalova Türkiyədə nəzərdə tutulan film çəkilişlərinin də təxirə düşmədiyini bildirdi. Yaxın aylarda qonşu ölkəyə səfər edəcəyini xatırladan aktrisa detektiv janrda olan filmin çəkilişlərinin bir aya yaxın davam edəcəyini diqqətə çatdırdı. Xatırladaq ki, "Trio" adlanan filmdə Vəfa Zeynalovaya mafiya başçısının qızı obrazı həvalə edilib.
   
Çingiz Aytmatov Bakıya gələcək
Dünya şöhrətli yazıçı Çingiz Aytmatov yaxın günlərdə yenidən Bakının qonağı olacaq. Qeyd edək ki, səfərin təşəbbüskarı Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyidir.
   Fevralın son günlərinə nəzərdə tutulan səfər zamanı ədibin bir sıra dövlət xadimləri və qələm adamları ilə görüşü planlaşdırılıb. Bundan öncə isə o, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək. Əldə etdiyimiz məlumatda bildirilir ki, Çingiz Aytmatovla nəzərdə tutulan görüşlərdən biri Bakı Dövlət Universitetində keçiriləcək. Tədbirdə yazıçı qızıl medalla təltif olunacaq.
Aygün Kazımova prodüserindən ayrıldı
Müğənnilər arasında ən çox prodüser dəyişən müğənnilərdən biri də Aygün Kazımovadır. Yaradıcılığı dövründə daha çox Almaz və Sayqa ilə işbirliyi olan müğənninin digər köməkçilərlə fəaliyyəti maksimum 1 il, minimum isə bir ay davam edib. Onların əksəriyyəti müğənninin ərköyünlüyünün çox olduğunu səbəb gətirərək onunla çalışmağa xitam verdiklərini söyləyiblər.
   Bu günlərdə isə Aygün xanımın Hicran İdrisova adlı prodüseri ilə işbirliyinə son qoyduğu deyilir. "Mövqe"yə söhbətində H.İdrisova xəbəri təsdiqləyərək bildirdi ki, müğənni ilə ayrılmağının kökündə qərəzli situasiya durmur: "Aygün Kazımova ilə sülh şəraitində yollarımızı ayırdıq. Çünki bizim birgə çalışmağımıza münasibətlərimiz mane olmayıb. Sadəcə olaraq, bu işbirliyi müəvəqqəti nəzərdə tutulmuşdu və mən yaxın gələcək üçün nəzərdə tutulan işlərimlə məşğul olmalı idim. Zaman yetişdi və mən Aygün xanıma vədini xatırladıb, yollarımızı ayırdıq".
   Hazırda yeni prodüser axtarışında olan Aygün Kazımovanın Ülvi adlı digər köməkçisi ilə çalışdığını öyrəndik.
   
Elnarə yaradıcılığını axsadır
Analıq məzuniyyətini erkən yekunlaşdırıb yaradıcılıq işinin başına dönən Elnarə mütəmadi olaraq telekanalların qonağıdır. Hələ ki, hamiləliyi dövründə yazdırdığı mahnıları təqdim edən müğənni repertuarında yeniliyin olmamasını danışdı: "Etiraf edim ki, əlimdə bir neçə hazır mahnım var. Artıq onlar aranjiman olunub və ifa üçün tam hazırdır. Lakin vaxt tapıb onları tamamlaya bilmirəm. Bunun da səbəbi övladımla məşğul olmağımdır. Günün əsas hissəsini onunla keçirməyə məcburam. Vaxt tapanda efirə gedir, yaxud tədbirlərdə iştirak edirəm. Studiyaya getməyə əsla vaxt qalmır. Repertuarımda yeniliyin olmadığının fərqindəyəm. Amma analıq məsuliyyətini hər şeydən üstün tuturam".
   İş saatlarında övladının qayğısı ilə qayınanasının məşğul olduğunu deyən müğənni dayəyə ehtiyacı olmadığını söylədi: "Uşağımı tanımadığım insana etibar edə bilmərəm. Düzdür, özüm çox əziyyət çəkirəm. Amma uşağımın yad insanla olduğunu düşünsəm, bu mənə rahatlıq verməyəcək".
   Yaxın günlər üçün bir neçə mahnı yazdırmağı qarşısına məqsəd qoyan müğənni bəstəkarlardan növbəti işbirliyi təklifi aldığını da söylədi.
"Vur çatlasın!" yenilənir
Bir çox telelayihələrin, ictimai tədbir və aksiyaların müəllifi, rejissor və prodüseri Aygün Ayan Azəri qəzetimizə "Vur çatlasın!" telelayihəsinin tezliklə yeniləşəcəyindən xəbər verdi. Onun məlumatına görə, şou-biznesdə baş verən hadisələrin yükü ağır deyil və insanların gözləri ucuz səhnələri izləməkdən yorulub.
   "Bu bəsitliyi eyni formatda təqdim edənlərin, yəqin ki, maraq dairəsi, yaradılıcıq fantaziyası da geniş deyil. Məlum məsələdir ki, istedadlı insanlar daim yeniliyə can atır, təkrarçılıqdan qaçırlar. Biz bu təbəqədən olan tamaşaçılara xidmət etmək arzusundayıq. Ona görə də verilişin formatında müəyyən dəyişikliklər etmək istiqamətində çalışırıq. Müəyyən versiyalar üzərində dayanmışıq və seçim üçün bir az düşünməliyik. Ola bilsin gələn aydan tamaşaçılar "Vur çatlasın!"ı yeni quruluşda izləyəcəklər".
   Həmsöbhətim əlavə etdi ki, ümumiyyətlə, Azərbaycanda şou-proqramların səviyyəsini artırmaq lazımdır. O bildirdi ki, bütün sahələrdə olduğu kimi şouda da inkişaf lazımdır. Müğənnilərin ucuz reklama və şan-şöhrətə qaçdığını diqqətə çatdıran layihə rəhbəri "Vur çatlasın!"ın bu səbəbdən yeniləndiyini diqqətə çatdırdı.
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws