
Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycanın yığma futbol komandasının hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə AFFA müxtəlif ölkələrin federasiyaları ilə yoldaşlıq görüşləri keçirmək istiqamətində danışıqlar aparır. AFFA-dan bildirmişlər ki, artıq bu danışıqlar öz bəhrəsini verməkdədir. Avqustun 20-də Reykyavik şəhərində İslandiya yığması ilə yoldaşlıq görüşünün keçirilməsi üçün bu ölkənin futbol federasiyası ilə razılıq əldə edilmişdir. Xatırladaq ki, millimiz martın 26-da Litva, iyunun 4-də isə Andorra yığmaları ilə də səfərdə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaqdır.