
Münhen "Bavariya"sının flrması altında çıxış edən Luka Toni barəsində yayılan məlumatları təkzib edib. Belə ki, təcrübəli futbolçunun İtaliyanın "Milan" klubu ilə anlaşdığı və tərəflər arasıda sözlü anlaşma olduğuna görə forvardın tezliklə Münheni tərk edəcəyi bildirilirdi. Luka Toni isə dünən mətbuat konfransında açıqlama verərək, "Milan"la heç bir anlaşma olmadığı və hazırda komandasından ayrılmayacağını bildirdi. "Bavariya" həm Almaniya, həm də Avropada ad-san qazanmış bir klubdur. Burada çıxış etmək bir çox futbolçunun arzusudur. Düzdür, "Milan"ın mənə transferlə bağlı bir neçə dəfə təklifi olmuşdu. Lakin mə hərdəfəsində onlara yox cavabı vermişəm. Çünki komandadakı hazırki mövqeyimdən heç də narazı deyiləm və buna görə də "Bavavriya"nı tərk etməyəcəm".