Müstəqil Içtimai-Siyasi Qəzet
28 Fevral 2012-cı il N 22(1472)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

"Piratlara havayı fürsət verməyin"
Balaban alətinin mahir ifaçılarından olan və hazırda Türkiyədə yaşayan Əlixan Səmədov 20 Yanvar şəhidlərinə həsr olunan yeni musiqi bəstələyib. "20 Yanvar" adlanan bəstə artıq balaban ifaçısının yeni albomunda yel alıb. Musiqiçi qəzetimizə bildirdi ki, bu günlərdə onun yeni "Balaban-7" adlı albomu işıq üzü görüb.
   Qeyd edək ki, müasirliklə milliliyin sintezi üzərində çalışan balaban ifaçısı musiqi sənətinə "Kor ərəbin mahnısı", "Çırpınırdı Qara dəniz", "Qaragilə", "Şirvan şikəstəsi" və b. töhfələrini verib. 20 Yanvar şəhidlərinə həsr etdiyi bəstəsini isə o, albomuna daxil etməklə Türkiyə və başqa ölkələrdə dinlənilməsinə çalışır. Ölkəsinə az-az gəlməyinə baxmayaraq, əlaqələrinin internet vasitəsi ilə sıx olduğunu ifadə edən sənətçi: "Türkiyədəki iş qrafikim yoğundur və istədiyim vaxt ölkəni tərk edə bilmirəm" dedi. Yeni albomu haqda ətraflı danışan sənətçi əlavə etdi ki, toplu Türkiyənin musiqi bazarına daxil edilib. Onun diskləri eyni zamanda Avropa ölkələrinə doğru da irəliləyə bilib. Əvvəlki disklərinə olan marağı nəzərə alan balaban ifaçısı bu qənaətə gəlib ki, onları yüksək tirajla bir çox ölkələrə yaysın. Əcnəbilərin Azərbaycan musiqilərinə maraq göstərdiyini deyən Əlixan Səmədovun fikrincə, təbliğatın yüksək səviyyədə aparılmasına ehtiyac var: "Bəzən musiqilərimiz əldən-ələ düşərək anonim imzası ilə dünyanı dolaşır. Dünyada havayı pul qazanmaq istəyənlərin sayı az deyil. Bu imkan onlar üçün havayı fürsətə çevrilir. Bunun üçün də disklərin sayını artırmaq, onların üzərində ifaçının və musiqi müəlliflərinin adını qeyd etmək və mütləq xəbərdarlıq yazmaq lazımdır. Əks təqdirdə piratlar özlərini hansısa yollarla sığortalamağa çalışırlar".
   Tarixi kökləri VI əsrə bağlı olan milli musiqi alətimiz balabanın məhz Azərbaycana məxsus olduğunu sübut etməkdə böyük rolu olan Əlixan Səmədov bu istiqamətdə səylərini davam etdirdiyini söylədi. O bildirdi ki, ermənilərin bütün dünyada "duduk" kimi tanıtdığı balabanla bir neçə ölkədə konsert proqramları ilə çıxış edib. Bunun təbliğat kampaniyası xarakteri daşıdığını söyləyən ifaçı alətin tarixi ilə bağlı çıxışlarının olduğunu da fikrinə əlavə etdi. Onun repertuarını daha çox "Apardı sellər saranı", "Sarı gəlin", "Heyvagülü" kimi mahnılar təşkil edir və onlar dəfələrlə Avropanın musiqi səhnələrində dinlənilib. Eyni zamanda sənətçinin repertuarı Hollivudun çəkdiyi bir sıra filmlərdə Azərbaycan musiqisi kimi səsləndirilib. Söhbəti zamanı Ə.Səmədov vurğuladı ki, növbəti konsert proqramını hazırlayır. Lakin bu proqram Azərbaycanda deyil, İstanbulun "Bostançı Göstəri" salonunda keçiriləcək. 4 min tamaşaçı tutumu olan konsert salonunun rəhbərliyi artıq təbliğat kompaniyasına başlayıb. Əlixan Səmədov eyni proqramla Azərbaycanda da çıxış etməyi düşünür. Lakin vaxt məhdudiyyətini nəzərə alan musiqiçi bu layihənin təşkilatçılar tərəfindən həyata keçirilməsini arzuladığını söylədi.
   
Xuraman Şuşalı Natəvanın repertuarından bəhrələnib?
"W trio"nun keçmiş solistləri Natəvan Həbibi ilə Xuraman Şuşalının insidenti bir qədər səngisə də, onların ətrafı müğənniləri başqa bir məsələdə gündəmə gətiriblər. Bir-birilərini qəbul etməyən sənətçilərin davasının təməlində nə mahnı davası, nə də sənət yarışması dururdu. Solo karyeranın başlanğıcında sponsor davası ilə bir-birilərinin ünvanlarını qaralayan cütlük artıq soyuq düşmənə çevrilblər. Əgər təsadüfən məclislərin birində üz-üzə gəlsələr, biri o birisinin varlığını belə hiss etmir. Hər iki sənətçinin deyişməsinin marağında olan üçüncü tərəf meydanı qızışdırmaq üçün səbəb tapıb. Məlum olub ki, Xuramanın son günlərdə lentə yazdırdığı "Görüşərik" mahnısı, Natəvanın "Bezdim" hitinin ikinci versiyasıdır. Artıq müğənnilərin "maqazin" verilişlərinin obyektinə çevriləcəyini düşünüb onların fikrini əvvəlcədən öyrəndik. Münasibətini açıqlayan Xuraman Şuşalı məsələyə bu aspektdən yanaşdı: "Bu barədə qulağıma gəlib çatan fikirlər var. Amma versiya ilə razılaşmıram. "Görüşərik" hara, "Bezdim" hara? Ola bilər, dinləyiciləri çaşdıran mahnıda müəyyən oxşarlıqların olmasıdır. Bunun da bir səbəbi var. Çünki ikimizin də oxuduğu mahnılar bir bəstəkara məxsusdur".
   Yaxın həftələrin birində "Görüşərik"ə ekran həyatı verməyi düşünən X.Şuşalı mahnını efir vasitəsi ilə də məşhurlaşdırmağı düşünür. Özünü maraqlı ssenarinin qəhrəmanı və fərqli imicdə görən müğənni, hələ ki, rejissor seçimi ilə məşğuldur. Ümumiyyətlə, kiminsə mahnısını və ya səsini təkrarlamaqdan uzaq olduğunu bildirən Xuraman Şuşalı səs imkanlarına güvəndiyini vurğuladı. Müğənni eyni zamanda bildirdi ki, kimlərsə onun oxuduqları ilə özünə repretuar qura bilər.
   Natəvan Həbibinin münasibəti isə bir az fərqli oldu. Yəni o, Xuraman Şuşalının repertuarını dinləmədiyi üçün sözügedən mahnıdan xəbərsiz olduğunu söylədi. Mahnının ikinci versiyasının olduğu xəbərinə isə o bu cür yanaşdı: "Əgər deyirlərsə, o biri müğənninin oxuduğu mahnı "Bezdim"in ikinci versiyasıdır, deməli, kimlərsə mənim repertuarımdan bəhrələnib".
   
Xalçaların tarixi sistemləşdirilir
Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda Azərbaycan xalçalarının tanınması və identifikasiyası üçün intellektual məlumat sistemi yaradılıb. İnformasiya sistemində xalçaların ad, naxış, ornament, şəkil, tip, növ və yaranma tarixi barədə məlumatlar yerləşdirilib. İnstitutdan "Mövqe"yə daxil olan məlumatda bildirilir ki, məlumat sistemi başqa tətbiqi incəsənət sahələrində də istifadə olunacaq. Ən əsası da odur ki, xalçalarımızı dünyaya tanıda biləcəyik. Xəbərdə daha sonra bildirilir ki, xalçaların məlumat sistemində 7 əsas Azərbaycan xalçaçılıq məktəbinə aid 1300 naxış və ornament nümunələri, yaranma tarixləri əksini tapır. Bundan başqa, xalça müəlliflərinin adı ora daxil edilib. Qeyd edək ki, sistemin yaradılması üçün 200 xalça üzərində tədqiqat işləri aparılıb.
   
   
"Bu şəhərdə"nin konsertinin vaxtı uzadıldı
"Bu şəhərdə"nin martın 1-dən 8-ə kimi davam edən proqramına olan tamaşaçı tələbatı nəticəsində aktyorlara vaxtı bir gün də uzatmaq qərarına gəliblər. Bu haqda məlumat verən "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov əlavə etdi ki, bilet tapa bilməyən izləyicilər martın 9-na elan olunan proqrama gələ bilərlər. "Qadınlar 3" adlanan proqrama daha çox parodiyaların daxml edildiyini söyləyən prodüser bu barədə geniş açıqlama vermək istəmədi. Lakin öyrənə bildik ki, Rəfael və Coşqunun bu dəfəki hədəflərindən biri tele-aparıcı İlham Mirzəyev olacaq.
   Yeri gəlmişkən, onu da qeyd edək ki, "Bu şəhərdə"nin biletləri kassadan kənarda 100 manata satılır. Bu barədə informasiyaya malik olduqlarını söyləyən M.Abbasov bu cür pul qazananlarla mübarizə aparmağın mümkünsüz olduğunu söylədi.
   
Nəsibə Zeynalova adına teatrda bayram konserti keçiriləcək
Xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan və Moskvada fəaliyyət göstərən teatrın kollektivi həmyerlilərimiz üçün bayram hədiyyəsi hazırlayıb. Mədəniyyət ocağının truppası Novruz bayramı ərəfəsində Moskvada yaşayan azərbaycanlıların qarşısında çıxış etməyi planlaşdırıb. Teatrın rəhbəri Sərxan Kərəmoğlunun verdiyi məlumatda konsert proqramının martın 15-də keçiriləcəyi qeyd olunur: "Proqram "Ostankino"nun böyük zalında təşkil olunacaq və musiqili proqram ekranlaşdırılacaq. Onu da qeyd edək ki, tədbirin təşkilində Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi yaxından köməklik göstərir".
   
   
"Yuğ"un kollektivi festivalda çıxış edəcək
"Yuğ" Dövlət Teatrı bu ilin martında Sankt-Peterburqda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Teatrın əməkdaşı Tərlan Rəsulzadənin sözlərinə görə, truppa festivalda iştirak etməsi üçün repertuarda olan 3 tamaşanı təşkilat komitəsinə təqdim edib. Qeyd edək ki, həmin tamaşalar Qoqolun "Viy", İradə Sayyanın "Səni görüm" və Frans Kafkanın "Civilti" əsərləridir. Teatrın əməkdaşı əlavə edib ki, festivalın İdarə Heyətinin ilkin seçim nəticələrinə görə, "Viy" əsəri daha çox rəğbət qazanıb. Digər iki tamaşaya gəlincə isə Tərlan Rəsulzadə qeyd olunan səhnə əsərlərinin festivalın şərtlərinə uyğun olmadığını vurğulayıb.
   
Növbəti treninq keçirilib
Bu günlərdə Tiflis şəhərində İFA-SC tərəfindən təşkil olunmuş "Cənubi Qafqaz filmlərinin proyekt və ssenarilərinin işlənib hazırlanması üzrə treninq" keçirilib. Treninqi məşhur ssenari müəllifi, "Bir dəfə Amerikada" adlı filmin və digər məşhur bestsellerin işlənib hazırlanmasında iştirak etmiş Hlare Dovns və kinematoqrafiya sahəsində böyük şöhrətə malik olan prodüsser Lusiano Hloor aparıb. Bu barədə qəzetimizə İFA-SC-ın Azərbaycandakı rəsmi nümayəndəsi olan "Nərimanfilm"dən məlumat verilib. Xəbərin davamında qeyd olunub ki, treninqdə həmçinin bir komanda kimi işləmək bacarığının vacibliyinə də toxunulub. Orada Azərbaycandan yazıçı Aleksandr Həkimov, VQİK-ın ssenari fakültəsinin tələbəsi Nərgiz Bağırzadə, Bakı Beynəlxalq Kino Məktəbinin tələbəsi Fariz Əhmədov, rejissor Vüqar Nağıyev, prodüsser Leyla Dostəlizadə iştirak ediblər. Öyrəndik ki, treninqin ikinci seminarının 2008-ci il mayın sonunda keçirilməsi planlaşdırılıb.
   
   
   
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws