"Yuventus" forvard axtarışındadır
"A" Seriyasının ən güclülərindən olan "Yuventus" hazırkı heyətini daha da gücləndirməyi planlaşdırır. Belə ki, Turin klubunun prezidenti olan Covanni Kobolli Çili verdiyi açıqlamasında "Yuve"yə yeni futbolçular transfer etmək istədiklərini açıqlayıb. "Bizim komandanın heyətində təcrübəli futbolçular var. Lakin mən onların sayının daha da çox olmasını istəyirəm. Mən baş məşqçi Klaudio Ranyeriyə bu barədə artıq məlumat vermişəm və o, komandaya yeni forvardlar axtarmağa başlayacaq. Ekspert qrupumuz, Ranyerinin bəyəndiyi futbolçulara öz rəyini bildirəcəklər və məhz bundan sonra həmin futbolçunun transferi üçün işlər başlayacaq". Qeyd edək ki, Ranyeri hələ ki, fikrində elə bir futbolçunun olmadığını deyib.