Müstəqil Içtimai-Siyasi Qəzet
16 Sentyabr 2012-cı il N 59(1557)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Sentyabr
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Namiq Qaraçuxurlu 6 min manata Robinzon Kruzo oldu
Ötən həftə Namiq Qaraçuxurlunun "Gecələr" klipinin təqdimat mərasimi keçirilib. Qəzetimizin müxbiri meyxanaçı ilə əlaqə yaradaraq tədbirdən əvvəl bəzi məqamları ondan xəbər alıb. Meyxanaçı klipin maliyyə və digər sirləri barədə danışıb.
   Xatırladaq ki, Xəzərə yaxın adaların birində çəkilən və Robinzon Kruzonun macərasını xatırladan klipin rejissoru Elşən adlı gəncdir. Klipin ssenari işləri isə Namiq Qaraçuxurlunun prodüseri Ataşa məxsusdur. Yaradıcılıq işini hər iki gəncə etibar edən Namiq əvvəlcə riskə getdiyini və nəticədə uduzmadığını deyir. Klipin maliyyə xərcinə gəlincə, öyrəndik ki, ekran işinə 6 min manat civarında pul xərclənib. Maliyyənin daha çox səfər və çəkiliş meydançasında lazım olan avadanlıqlar üçün xərcləndiyini sözünə əlavə edən meyxanaçı bunun əvəzində qeyri-adi görüntülərə sahib olub: "Elşənlə Ataş ideyalarını bildirəndə əvvəlcə onların yarıdıcılıq işinin öhdəsindən gələ biləcəkləri barədə düşündüm. Amma tərəddüdümü onlardan gizlədərək razılıq verdim. Çünki Ataşın ssenari yazmaq barədə təcrübəsinin olmadığını bilirdim. Elşən isə öz sahəsində yeni kadrdır. Çəkilişlər başlayanda onların işin öhdəsindən lazımınca gəldiyini başa düşdüm. Amma qəti qərar verməyə tələsmədim. Klip tam hazır olandan sonra uduzmadığımı başa düşdüm".
   
Hüseyn Dərya hər kəsdən üzr istədi
"İnternetdə narkotik istifadə etməyimlə bağlı yerləşdirilən videogörüntünü izləyərkən, çox məyus oldum. Belə bir hadisənin baş verəcəyini gözləmirdim". Bu sözləri reper Hüseyn Dərya narkotik istifadəçisi olduğunu və bundan qurtula bilmədiyini etiraf edən videogörüntülərin yayılmasına münasibətini bildirərkən deyib. Bu barədə reperin mətbuat əlaqələndiricisi qəzetimizə məlumat verib. Məlum bəlaya düçar olduğunu gizlətməyən reper sözünün davamında bunları qeyd edib: "İnsanın hər hansı bir vasitə ilə alçaldılmasını yaxşı hal hesab etmirəm. Hər birimizin həyatında xoşagəlməz, ağır günlər olur. Mənim də başıma bu cür bəla gəldi. Artıq bir çox insanlar şəxsi həyatımda hansı problemlər yaşadığımdan agahdır. Bir müddət əvvəl yol qəzasına düşdüm və bunun ardınca şəxsi həyatımda xoşagəlməz hadisələr yaşadım. Bunların təsiri altında olarkən həm yaradıcılığımdan uzaqlaşdım, həm də özüm özümdən. Nəticəsi də bu gün düşdüyüm durum oldu. Həm həyat yoldaşımı, həm oğlumu, həm də pərəstişkarlarımı məyus etmişəm. Problemlərdən özümü azad etməyə çalışarkən, işin bu yerə çatacağını ağlıma belə gətirmirdim. Bu vəziyyətimdə qarşıma çıxan insanlar zəifliyimdən istifadə etməyə çalışdılar və xoşagəlməz görüntüləri lentə aldılar. Etiraf edirəm ki, mən iradəsizliyimin qurbanı olmuşam. Yayılan görüntülərə görə isə hər bir kəsdən üzr istəyirəm".
   Reperin əlavəsinə görə, həmin kadrlar bu günlərdə deyil, bir müddət əvvəl lentə alınıb. Etirafla dolu kadrlar Hüseyn Dəryanın özündə güc taparaq bəladan müəyyən qədər də olsa, uzaqlaşmasına kömək edə bilib: "Artıq əvvəlki həyatıma qayıtmağa çalışıram. Həkim nəzarətindəyəm və müalicə kurslarına başlamışam. Hamını əmin etmək istəyirəm ki, Hüseyn Dərya videokadrlarda izlədiyinizdən bir qədər fərqlidir. Amma bu tezlikdə tamamilə sağalmağım mümkün deyil. Bir qədər zamana ehtiyacım var. Artıq ətrafımda yaxşı insanlar olacaq və ailəmlə, yaradıcılığımla məşğul olacağam. Dost saydığım bəzi insanlar tərəfindən aldadılmışam. Artıq bu səhvləri bir daha təkrar etməyəcəyəm". Sonda reper vurğuladı ki, yaxın günlərdə mətbuat konfransı keçirib məsələyə daha yaxından aydınlıq gətirəcək.
   
İradə İbrahimova görünüşünü təzələyir
Bu günlərdə saçlarına yeni düzüm verən estrada müğənnisi İradə İbrahimova xarici görünüşündə nəzərdə tutulan dəyişikliyin səbəbi olduğunu bildirdi. Müğənni hazırlığı qış aylarına qədər davam edəcək albomunu fərqli yozumda təqdim etməyi qarşısına məqsəd qoyub. Bu səbəbdən sənətçi xanım albomun foto-qalereyasını yeni və dəyişmiş görünüşü ilə bəzəməyi düşünür. Müğənninin bildirdiyinə görə, hazırda albom üçün nəzərdə tutulan mahnılar studiya yazılışı mərhələsindədir. Bura Gövhər Həsənzadənin bəstələri ilə yanaşı, gənc və eyni zamanda peşəkar bəstəkarların yeni musiqiləri yerləşdiriləcək. Gövhər xanımın orta ritmdə olan bəstəsini lentə yazdıran müğənni hazır məhsulu albomun təqdimatına kimi dinləyiciləri ilə tanış etmək istəyir. Albomun harada buraxılıcağına gəlincə, müğənni həm yerli, həm də xarici studiyalara güvəndiyini, lakin konkret qərar vermədiyini sözünə əlavə etdi. Müğənninin fotoçəkilişləri isə yaxın həftələrin birində rellaşacaq: "Saç düzümü, geyimlərim fərqlilik təşkil edəcək. Hazırda stilistlə bu istiqamətdə çalışırıq. Tamaşaçılarım eyni görünüşü oktyabrda çəkilişi nəzərdə tutulan klipimdə də izləyəcəklər. Lakin hələlik mahnılar arasında seçim aparılmayıb".
   Müğənninin yaradıcılıq planlarının yeni mərhələsini səfərlər təşkil edir ki, bu barədə yaxın günlərdə açıqlama veriləcək.
   
"Eurovision"a gedəcək azərbaycanlı təmsilçinin adı gələn il bəlli olacaq
Gələn il Moskvada keçiriləcək "Evrovision-2009"-un Azərbaycan üzrə təmsilçisinin adı 2009-cu ilin yanvarında məlum olacaq. Bu sözləri İctimai Televiziya və Radio Verilişləri Şirkətinin musiqi koordinatoru Leyla Əliyeva mətbuat işçilərinə açıqlamasında bildirib. Söhbət zamanı məlum olub ki, müsabiqənin seçim turuna yaxın ayların birində start veriləcək. O bildirib ki, seçim turlarının təşkilində hər hansı dəyişiklik gözlənilmir. Yəni şərtlər ötən ildəki kimi dəyişməz qalacaq. Söhbəti zamanı Leyla Əliyeva vurğulayıb ki, növbəti mahnı müsabiqəsinin hazırlıq işləri "Evrovision Junior"a yekun vurulduqdan sonra başlayacaq. Leyla xanım əlavə etdi ki, artıq Azərbaycanın müsabiqədə iştirakı təsdiqlənib. Xatırladaq ki, növbəti müsabiqədə 16 ölkənin iştirakı nəzərdə tutulub.
   
Naxçıvanda yeni muzey yaradılır
AMEA-nın Naxçıvan Bölməsində yeni muzey yaradılır. Bu barədə AMEA-nın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən verilən məlumatda bildirilir. Muxtar respublikanın tarixini yaşadacaq "Arxeologiya və Etnoqrafiya muzeyi"nin yaradılmasında məqsəd yaşı 3500 ildən çox olan Naxçıvanın tarixi, memarlıq, təbiət və başqa abidələrini qorumaq, təbliğ etməkdən ibarətdir. Məlumatda bildirilib ki, bölgənin müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi mədəniyyət nümunələri də zəngin və maraqlı guşələr vasitəsi ilə nümayiş etdiriləcək.
   
"İlin paltarı" müsabiqəsi başlayır
Hər il keçirilən "İlin paltarı" moda müsabiqəsinə qəbul başlanır. Bu həftədən başlayaraq həm peşəkar, həm də bu işdə yeni olan modelyerlər özlərini sınamaq üçün Moda Assosiasiyasına müraciət edə biləcəklər. Bu barədə qəzetimizə qurumun rəhbəri Zamir Hüseynov məlumat verib. Onun sözlərinə görə, hər modelyerə maksimum 3 sayda paltar təqdim etmək şansı verilib. Öyrəndik ki, dekabrın sonlarında müsabiqənin final mərhələsi keçiriləcək. Qalib şəxs beynəlxalq müsabiqələrin birində Azərbaycanı təmsil etmək imkanı əldə edəcək.
   
AYB-nin binasında təmir yekunlaşır
Azərbaycan Yazıçılar Birliyinin təmir işləri artıq tamamlanır. Sentyabrın sonunda binanın açılış mərasimi keçiriləcək. Binanın üçüncü və dördüncü mərtəbəsində işlər yekunlaşıb. Birinci və ikinci mərtəbəsində isə tamamlama işləri aparılır. Su, kanalizasiya, istilik sistemləri quraşdırılıb, dam örtüyü dəyişdirilib və binanın içi tamamilə yenilənib. Bu barədə qəzetimizə AYB-nin sədr müşaviri Rauf Aslanov məlumat verib. Həmsöhbətim bildirib ki, qurumun binası tarixi abidə olduğundan burada heç bir ciddi dəyişiklik aparılmayıb. Sadəcə, sonradan tikilən dördüncü mərtəbədə otaqların sayı artırılıb. Bununla yanaşı, binanın həyətində də bərpa işləri aparılır.
   
Bakı Kamera Teatrı səfərə hazırlaşır
Bakı Kamera Teatrına hələ də daimi yer verilməyib. Şəhriyar adına Mədəniyyət Mərkəzindən çıxarıldıqdan sonra kollektivin məşqlərini Əbilov adına Mədəniyyət Evində apadığı barədə məlumat vermişdik. Öyrəndik ki, teatr mövsümü Teatr Xadimləri İttifaqında açacaq. Teatrın rəhbəri Cənnət Səlimovanın mətbuata verdiyi açıqlamasına görə, teatr repertuardakı tamaşaları da bu məkanda oynamağa məcburdur. Söhbət zamanı bəlli oldu ki, Kamera Teatrı hazırda qastrola hazırlaşır. Sentyabrın ortalarında yaradıcı kollektiv Şəmkir, Xanlar, Tovuzda, oktyabr ayında isə Lənkəran, Cəlilabad, Biləsuvarda M.F.Axundovun "Hekayəti xırs-quldurbasan" və C.Cabbarlının "Aydın" tamaşaları ilə çıxış edəcək.
   
   
   
   
   
   
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws