
Madrid "Real"ının heyətində çıxış edən Fernando Qaqo bir müddət meydanlardan kənar qalmalı olacaqdır. Buna səbəb isə yarımmüdafiəçinin sol ayağından zədə almasıdır. Bu yaxınlarda həkim müayinəsindən keçən futbolçunun ən azı 4 həftə istirahət etməli olacağı məlum olub. "Zədə almağım heç yerinə düşmədi. İrəlidə bizim vacib qarşılaşmalarımız varıydı və mən də bu oyunlarda komandama dəstək olmaq istəyirdim. Lakin zədə ucbatından bir neçəsini buraxmalı olacağam. Bundan əlavə, yaxın günlərdə həyata keçirmək istədiyim bəzi planlarım da varıydı. Lakin zədəyə görə onları da təxirə salmaq məcburiyyətindəyəm. Həkimlər mənə istirahət etməyi məsləhət görüblər. Tez bir zamanda sağalıb yenidən öz formama qovuşmaq istəyirəm". Nəzərinizə çatdıraq ki, Madrid "Real"ı Çempionlar Liqasının ilk turunda "Tale" klubu ilə qarşılaşırdı və Qaqo 35-ci dəqiqədə zədələnərək başqa bir futbolçu ilə əvəzlənməli oldu. Həmin görüşdə ispan təmsilçisi rəqib qapısına 2 cavabsız qol vuraraq qələbə qazandılar.