Müstəqil Içtimai-Siyasi Qəzet
27 Sentyabr 2012-cı il N 63(1561)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Sentyabr
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

İlham Zəkiyev: "Bir idmançı kimi özümü çox xoşbəxt hiss edirəm"
Azərbaycanın yeganə ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev bu sözləri müsahibəsində demişdir. İlham Zəkiyev bildirmişdir ki, keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Gərək o hissləri yaşayasan. Əldə etdiyim uğurların arxasında xeyli gərgin məşqlər durur. Bu qələbələrə görə bizə dəstək olan ölkə rəhbərliyinə, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinə, Milli Paralimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Azərbaycan kimi ölkədə idmançı olmaq çox şərəflidir.
   Paralimpiyaçı demişdir: hərbi xidmətdə kəşfiyyatçı olmuşam. Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən, erməni snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan girib sağdan çıxdı. Nəticədə göz işığından məhrum oldum. Milli Paralimpiya Komitəsinin köməyi sayəsində idmana qayıtdım. Gərgin məşqlərin nəticəsidir ki, əvvəlcə 2004-cü il Afina, sonra isə 2008-ci il Pekin paralimpiyalarında qızıl medal qazandım. Bunlarla yanaşı, iki dəfə Avropa, ötən il isə dünya çempionu olmuşam. Afinada qazandığım qızıl medaldan sonra rəqiblərim mənə qarşı daha ciddi hazırlaşmışdılar. İlk rəqibim fransız idi. Onunla əvvəllər Avropa çempionatlarının finallarında iki dəfə qarşılaşmış və qələbə qazanmışdım. Yəni bir-birimizə bələd idik. Cəmi 5 saniyəyə onu "ippon"la məğlub etdim. Yarımfinal görüşüm bir qədər çətin alındı. Koreyalı rəqibimin texnikasına bələd deyildim. O, 2006-cı il dünya çempionatında ikinci yeri tutmuşdu. Həmin vaxt mən səhhətimdəki problemlə əlaqədar mükafata layiq yer tuta bilməmişdim. Bununla belə, rəqibimi 1 dəqiqə 45 saniyəyə tam üstünlüklə yenməyi bacardım. Final görüşüm çox həyəcanlı keçdi. Çinli rəqibimə yerli azarkeşlər böyük dəstək verirdilər, lakin bu, 40 saniyədən çox çəkmədi. Əvəzində idman salonunu "Azərbaycan", "Azərbaycan" sədaları bürüdü. Pekin Paralimpiyasında ilk dəfə Azərbaycan himnini səsləndirdim. Bir idmançı kimi özümü çox xoşbəxt hiss edirəm. Hər bir idmançıya da bu hissləri yaşamağı arzulayıram.
   
Azərbaycan idmançıları dünya kuboku uğrunda yarışlarda iştirak edəcəklər
Sentyabrın 27-də Ukraynanın Odessa şəhərində kişi və qadınlar arasında qılıncoynatma üzrə dünya kuboku uğrunda yarışlara start veriləcəkdir. bu möhtəşəm turnirdə Azərbaycan idmançıları da iştirak edəcəklər.
   İki gün davam edəcək yarışlarda ölkəmizin idman şərəfini 7 qılıncoynadan qoruyacaqdır. Kişilərin mübarizəsində Namiq Ağarəhimov, Sevindik Bunyatov, Yusif Budaqov, Azər Tağıyev və başqaları qüvvələrini sınayacaqlar.
   Zərif cinsin nümayəndələri arasında keçiriləcək görüşlərdə isə olkəmizi bir idmançı - Sevil Bunyatova təmsil edəcəkdir.
   
Ziko Özbəkistan klubuna rəhbərlik edəcək
Türkiyənin futbol üzrə "Fənərbağça" və Yaponiya yığma komandalarının keçmiş baş məşqçisi braziliyalı Ziko Özbəkistanın "Bunedkor" (Daşkənd) klubunun rəhbərliyi ilə müqavilə imzalayacağı barədə şifahi razılaşma əldə etmişdir. Xatırladaq ki, hazırda bu klubda daha bir məşhur braziliyalı - 2002-ci ildə dünya çempionu olmuş Rivaldo çıxış edir. O, yeni klubun heyətində keçirdiyi oyunlarda hətta iki top da vurmuşdur.
   
Azərbaycan yığması ilk yoxlama oyununu heç-heçə başa vurub
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 20-dən etibarən Belarusda təlim-məşq toplanışındadır. Hazırlıq prosesi sentyabrın 29-dək davam edəcəkdir. Təlim-məşq toplanışı çərçivəsində yığmamız bir yoxlama oyununda qüvvəsini sınamışdır. Komandamızın rəqibi Belarusun 1-ci liqasında hazırda 3-cü pillədə qərarlaşan "Veras" klubu olmuşdur. Oyun 1:1 hesabı ilə başa çatmışdır.
   
Kişilərdən ibarət tennis yığması 123-cü yerdə qərarlaşıb
Beynəlxalq Tennis Federasiyası "Devis Kuboku"nda iştirak edən kişi yığma komandalarının yeni reytinq cədvəlini açıqlamışdır. Azərbaycanın kişilərdən ibarət tennis yığması yeni siyahıda 134 ölkə arasında 123-cü yerdə qərarlaşmışdır. Cədvəldə Rusiya yığması birinci, ABŞ millisi ikinci, Argentina millisi isə üçüncü yerləri tutmuşlar.
   
Şahmat üzrə Bakı kuboku uğrunda açıq turnir keçiriləcək
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, sentaybrın 29-da şahmat üzrə paytaxt kuboku uğrunda açıq turnirə start veriləcəkdir.
   On doqquzuncu dəfə keçirilən turnirdə böyüklər (A qrupu) Respublika Şahmat Mərkəzində, kiçik yaşlı uşaqlar isə (B qrupu) Nəsimi rayon şahmat-dama mərkəzində yarışacaqlar. Turnirə oktyabrın 7-də yekun vurulacaqdır.
   
Ağır atletlər dünya çempionatında iştirak edəcəklər
Azərbaycan Ağır Atletika Federasiyasından bildirmişlər ki, sentyabrın 27-də Yunanıstanda qadın və kişi ağır atletləri arasında dünya çempionatına start veriləcəkdir. Yarışda ölkəmizin idman şərəfini iki ağır atlet qoruyacaqdır.
   Baş məşqçi Vahid Nəzərovun rəhbərlik etdiyi komandanın heyətinə Akif Əliyev (56 kq) və Natiq Ağayev (105 kq) cəlb edilmişlər.
   
   
   
   
   
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws