Müstəqil Içtimai-Siyasi Qəzet
27 Sentyabr 2012-cı il N 63(1561)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Sentyabr
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Qaz anbarlarının tutumu 5 milyard kubmetrə çatdırılacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, ölkənin yeraltı qaz anbarlarının təmiri layihəsi çərçivəsində 20-yə yaxın quyu təmir edilmiş, bütün quyulara gələn qaz xətləri yeniləşdirilmişdir. Artıq kompressor stansiyasının qurulması istiqamətində işlərin başlandığını qeyd edən R.Abdullayev demişdir ki, cari ilin noyabrına qədər Rusiyadan yeni kompressorlar gətiriləcəkdir. Təmirdən sonra yeraltı qaz anbarlarına 2 milyard kubmetrdən artıq qaz vurulması planlaşdırılır.
   Qaz anbarlarının təmiri iki mərhələdə həyata keçiriləcəkdir. İkinci mərhələ gələn ilin sonuna qədər yekunlaşacaqdır. Bundan sonra yeraltı qaz anbarlarına 5 milyard kubmetr həcmində qaz vurulması mümkün olacaqdır. R.Abdullayev Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının tikintisi ilə bağlı müəssisənin yaradıldığını, artıq bir neçə quyunun qazılmasına başlandığını da diqqətə çatdırmışdır. Naxçıvandakı qaz anbarının həcmi 300 milyon kubmetrə yaxın olacaqdır.
   
Emal müəssisələrinin sayı artır
2015-ci ilədək təsdiq edilmiş Dövlət Ərzaq Proqramına əsasən, aqrar-sənaye sistemində yağlı bitkilərin yetişdirilməsinə və onların səmərəli sənaye emalına xüsusi diqqət yetirilir. Bu baxımdan Şirvan şəhərində yaxşı təcrübə toplanmışdır. Burada yenişləşdirilmiş yağ-piy zavodu, habelə kiçik çiyid emalı sexi işləyir. Bu yaxınlarda onlara eyni profilli daha bir obyekt əlavə ediləcəkdir. Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə İstilik Elektrik Stansiyasının yaxınlığında pambıqtəmizləmə zavodu tikilib işə salınmışdır. Bu yaxınlarda pambıq yağı, heyvandarlıq fermaları və quşçuluq fabrikləri üçün qiymətli qidalı yemlər buraxan yeni müəssisənin istehsal korpusları tikilmişdir. Hazırda burada Almaniyadan gəlmiş mütəxəssislər tərəfindən görülən buraxılış-sazlama işləri başa çatmaq mərhələsindədir. Zavodun sexlərində dünya standartlarına uyğun istehsal avadanlığı quraşdırılır. Yeni müəssisənin gücü ildə 30-40 min ton məhsul istehsalına imkan verir.
   Beləliklə, əsasən, pambıq istehsalı və emalı ilə məşğul olan "AQRO" MMC-nin strukturunda yağlı bitkilər məhsulu və populyar pambıq yağı buraxılışını artırmaq imkanı genişlənəcək, habelə heyvandarlıq və quşçuluq üçün qidalı yemlər tədarükünü artıracaq obyektlər meydana gələcəkdir.
   
Respublikada Amerika ağ kəpənəyi xeyli azalıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev bildirmişdir ki, ölkədə Amerika ağ kəpənəyinə qarşı səmərəli mübarizə aparılır. Bunun nəticəsində ötən ilin ikinci yarısından başlayaraq ölkədə bu kəpənəklərin miqdarı xeyli azalmışdır. Xatırladaq ki, son iki ildə respublikanın Quba-Xaçmaz bölgəsində, Abşeron və Bakı ətrafında Amerika ağ kəpənəyi çox yayılmışdı.
   
18 mindən artıq sayğac quraşdırılıb
"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək hər hansı çətinliyin qarşısının vaxtında alınması məqsədilə Mingəçevir Regional Enerji Təchizatı tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Mənbənin verdiyi məlumatda bildirilir ki, bu məqsədlə 7 transformator məntəqəsi və 1 komplekt transformator məntəqəsi quraşdırılaraq istismara verilib. 65 kilometrə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib. Bundan başqa, 100 kilometrə yaxın xətt və 300-dən artıq transformator məntəqəsi əsaslı şəkildə təmir olunub. Sayğaclaşma proqramı çərçivəsində 18 mindən artıq sayğac quraşdırılıb.
Saatlı pambıqçıları məhsul yığımında irəlidədir
Bu il respublikanın pambıqçıları 48,5 min hektar sahədə məhsul yetişdirmişlər. İndiyədək tədarük məntəqələrinə və emal zavodlarına 19 min tona yaxın pambıq təhvil verilmişdir. Məhsul yığımında Saatlı pambıqçıları irəlidə gedirlər. Burada 7 min tonadək məhsul yığılmışdır. Bu da respublika üzrə göstəricinin 37 faizinə bərabərdir. Saatlı pambıqçıları oktyabrın ortalarına qədər 12 min tondan artıq birinci növ məhsul toplamaq niyyətindədirlər.
   Respublikanın bir sıra başqa rayonlarından fərqli olaraq, Saatlıda məhsulun tədarükü və emalı işləri yaxşı təşkil edilmişdir. Əlisoltanlı kəndində fəaliyyət göstərən fabrikdə isə yüksək keyfiyyətli mahlıcdan iplik əyrilməsi üçün hər cür şərait vardır. Tarla-fabrik konveyerinin işinin yaxşı tənzimlənməsi bu sahənin səmərəsini artırmaq üçün yeni imkanlar yaradır.
1070-dən artıq qayda pozuntusu aşkarlanıb
"Azərenerji" ASC-nin mətbuat xidmətinin Mingəçevir Regional Enerji Təchizatı müəssisəsinin direktoru Saleh Abdullayevə istinadən yaydığı məlumata görə, cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 126 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilərək 550 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 29 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Müəssisə rəhbərinin sözlərinə görə, cari ilin 8 ayı ərzində isə ümumilikdə 1070-dən artıq qayda pozuntusu aşkar edilib. Nəticədə 4,6 milyon kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub. 275 manat olan istehlak dəyərinin əksər hissəsinin ödənilməsi təmin edilib.
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws