Yeni müxalifətin formalaşmasına
ehtiyac var
"Bu gün Azərbaycanda yeni müxalifət formalaşmalıdır. Yeni müxalifət qüvvələri konstruktiv mövqedə dayanmalıdır". Millət vəkili Eldar İbrahimov bildirib ki, müxalifət dövrün tələbləri ilə ayaqlaşmalı və yeni dünyagörüşünə malik olmalıdır: "Onlar sadəcə olaraq beynəlxalq təşkilatlardan qrant almaq xatirinə müxalifət adından əl çəkmirlər. Hələ seçki prosesi başlanmamış ABŞ səfirliyi bu məqsədlə 3 milyon dollar ayırıb. Təbii ki, bu pulu indi müxalifət adına iddia edənlər xərcləyəcək. Bu baxımdan hakimiyyət də istəyir ki, yeni, cavan, intellektual səviyyəsi yüksək olan müxalifət formalaşsın. Biz bilirik ki, müxalifətin güclü olması iqtidarın xeyrinədir. Müxalifət nə qədər güclü olsa, iqtidar o qədər yaxşı işləyər. Əslində müxalifət görünməyən problemləri üzə çıxarmalıdır. Amma bizimkilər şər, böhtana üstünlük verirlər".