Müstəqil Içtimai-Siyasi Qəzet
27 Sentyabr 2012-cı il N 63(1561)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Sentyabr
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

"Moskva" univermağından oğurluq etmək istəyən dəstə yaxalanıb
DİN Çevik Polis Alayı və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməyə cəhd göstərən qrup yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, gecə saat 4 radələrində sürücü Yeni Suraxanı qəsəbə sakini Baba Aydəmirov və sərnişini, Masallı rayon sakini Ruslan Abbasov şübhəli şəxs qismində saxlanılıb. Avtomaşına baxış zamanı 2 ədəd dəmirkəsən qayçı, idman papağı və digər əşyalar aşkar edilib. Araşdırma zamanı onların "Moskva" univermağından oğurluq etməyə hazırlaşdıqları müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvləri Əmircan qəsəbə sakinləri Eldar Əlisultanov və Valeh Əsədullayev də tutulublar. Faktla bağlı araşdırma aparılır.
"Əl-Qaidə" ilə əməkdaşlıqda təqsirləndirilən ifadəsindən imtina edib
Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə "əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvü Rəhim Salmanovun işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı məhkəmədən veriblər. Prosesdə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib. Məhkəmədə şahid qismində ifadə verən digər təqsirləndirilən Həsən Ağayev isə ibtidai istintaqdakı ifadəsini təkzib edib. Dəstə üzvü bildirib ki, ibtidai istintaqda təzyiqlə ifadə verib. Təqsirləndirilən şəxs istintaq təcridxanasında təzyiqlərə məruz qaldığını deyib və bu məsələnin araşdırılmasını istəyib. Proses davam edir.
   
Manyakların işi təxirə salınıb
Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Dəvəçidə Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan Dəvəçinin Qələgah kənd sakinləri Təvəkkül, Elnur və Elçin İsmayılovların işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Bu barədə məlumatı hakim Əhməd Quliyev verib. Onun sözlərinə görə, prosesin təxirə salınmasına səbəb vəkillərdən birinin məhkəmə iclasına qatılmaması olub. Növbəti məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.
   
Qızıl mağazasından 3950 manatlıq sırğa oğurlayan yaxalanıb
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəsulzadə qəsəbəsində yerləşən "Le Sansı" qızıl mağazasından oğurluq etmiş şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluğu törədənin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Fərzəliyev olduğu müəyyən edilib. Onun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində mağazadan 3950 manat dəyərində olan sırğanın oğurlanması müəyyən edilib. F.Fərzəliyevin üzərində 0,218 qram heroin aşkar edilərək götürülüb.
   
Maşından mobil telefon oğurlayan ələ keçib
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron rayonundakı Quşçuluq yaşayış massivində yaşayan Məlahət Abdullayevaya məxsus avtomaşından mobil telefon oğurlayan şəxs saxlanılıb. Onun həmin ərazidə yaşayan Məhərrəm Ələsgərov olduğu müəyyən edilib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində onun maşının yan şüşəsini sındırmaq yolu ilə 1 ədəd mobil telefonu oğurladığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Gəncədə qətl hadisəsi törədilib
Gəncə şəhərinin Kərəz rayonu ərazisində bıçaqla qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz rayonu Y.Əmirov küçəsində yaşayan Orxan Həsənli evində Taleh Məmmədliyə bıçaq xəsarəti yetirib. T.Məmmədli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində O.Həsənli saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Soyğunçu dəstə üzvlərinin məhkəmə prosesi keçirilib
Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə Bakıda soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunan 7 nəfərlik mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu barədə məlumatı məhkəmədən veriblər. Məlumata görə, prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə verib və ittihamlarda özlərini təqsirli bilib. Proses sentyabrın 27-də şahid ifadələri ilə davam etdiriləcək.
   
Narkotika alverçisinə hökm oxunub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilərək həbs olunan şəhər sakini İsa Şəhniyarovun imşi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu barədə məhkəmədən məlumat verilib. Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 10 il həbs cəzası istəyib. Məhkəmənin hökmü ilə İsa Şəhniyarov 9 il müddətinə azadlıqdan məhrum edilib.
   
Əxlaqsızlıq yuvası aşkar edilib
Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində əxlaqsızlıq yuvası aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, evində əxlaqsızlıq yuvası saxlayanın Bakı şəhər sakini Səmail Hüseynova olduğu müəyyən edilib. Hazırda S.Hüseynovanın hərəkətləri ilə bağlı daxili işlər orqanları tərəfindən araşdırma aparılır.
   
Quba sakinindən 1 ədəd odlu silah götürülüb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini A.Əsədzadənin üzərində narkotik vasitə aşkar edilib. Onun ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində Qudsalçay çayının ətrafında 1 ədəd tüfəngi gizlətdiyi bəlli olub. Xaricdə istehsal olunmuş yivli tüfəng çayın kənarındakı fermadan götürülüb.
   
Axtarışda olan 19 nəfər tutulub
Sentyabrın 24-də daxili işlər orqanları tərəfindən 36 cinayət faktı qeydə alınıb. DİN-dən verilən məlumata görə, onlardan 25-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarışda olan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 15-i isə yaralanıb. DİN əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.
   
Narkotika satan iranlıya hökm oxunacaq
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə Gəncədə narkotika satarkən həbs olunan İran İslam Respublikasının vətəndaşı Əmirpur Bəhruzun işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı məhkəmədən veriblər. Prosesdə şahidlər dindirilib və məhkəmə istintaqı yekunlaşıb . Sentyabrın 26-da təqsirləndirilən şəxsə qarşı hökm elan edilib.
   
   
   
   
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws