Müstəqil Içtimai-Siyasi Qəzet
27 Sentyabr 2012-cı il N 63(1561)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Sentyabr
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Astronomlar Dolça bürcündə planetlərin toqquşmasının təfsilatını aydınlaşdırıblar
Amerikalı astronomlar müəyyən etmişlər ki, çoxdan planet sistemində formalaşmış "yaşlı" ulduzlar ətrafında planetlərin toqquşması mümkündür. Bu cür hadisə, ola bilsin ki, Yerdən 300 işıq ili məsafədə yerləşən Dolça bürcündəki BD+20 307 ulduz sistemi ətrafında da baş vermişdir. Bu barədə əməkdaşları tədqiqatda iştirak etmiş Kaliforniya Universitetinin saytındakı mətbuat xülasəsində bildirilir. Alimlərin tədqiqat işləri dekabr ayında The Astrophysical Journal jurnalında dərc ediləcək.
   2005-ci ildə BD+20 307 ulduz sistemi alimlərin diqqətini cəlb etmişdi. O vaxt bu sistemin ətrafında ulduza kifayət qədər yaxın olan anomal dərəcədə böyük miqdarda isti toz aşkar edilmişdi: təqribən Yerdən Günəşə qədər olan məsafədə. Adətən bu rayondan kiçik hissəciklər günəş küləyi-ulduzlar tərəfindən buraxılan yüklü hissəciklər axını ilə aparılır. O vaxt alimlər güman etmişlər ki, bu tozların mövcudluğu yaxın zamanlarda (bir neçə yüz min il əvvəl) ölçüsü təqribən Yer boyda olan iki qaya planetinin toqquşmasının nəticəsidir. Həmin vaxt alınmış məlumatlar göstərmişdir ki, planetar sistem kifayət qədər gəncdir - "cəmi" bir neçə yüz milyon il yaşı var.
   2008-ci ilin may ayında The Astrophysical Journal jurnalında Vaşinqtondakı Karnegi İnstitutundan olan astronom Alisiya Vaynbergerin məqaləsi dərc olunmuşdur. Bu məqalədə gözlənilməz nəticələr verilmişdir: BD+20 307 ikili sistemlidir. Bu fakt astronomları bu ulduzun yenidən tədqiq olunmasına məcbur etmişdir.
   Alimlər "Çandra" orbital rentgen rəsədxanası və Arizona ştatında yerləşən Tennesi Universitetinin avtomatik teleskoplarından biri vasitəsilə bu ulduz sistemi haqqında məlumatlar toplamışlar. Nəticədə onlar müəyyən edə bilmişlər ki, sistemdə 3,43 gün dövrə ilə öz ümumi kütlə mərkəzi ətrafında fırlanan, ölçüsü və temperaturu ilə Günəşə bənzəyən iki ulduz vardır. Eyni zamanda sistemin yaşı bir neçə milyon deyil, bir neçə milyard il təşkil etmişdir.
   Astronomlar hələlik bu böyüklükdə və bu "yaşda" kosmik cismin orbitinin qeyri-stabilliyinə nəyin səbəb olduğuna cavab verməkdə çətinlik çəkirlər. Alimlərin sözlərinə görə, yaxın bir neçə milyard ildə Yerə "narahat olmağa" dəyməz: orbitin stabilliyinin tədqiqatı göstərir ki, Günəş sistemində bu cür toqquşma ehtimalı olduqca azdır.
   
BAK-ı xoşagəlməz hadisələr izləyir
Sentyabr ayının 10-da təntənəli şəkildə işə salınmış Böyük Adron Kollayderi (BAK) yenidən xarab olmuşdur. Onun işi tuneldəki nasazlıqlar və maye gel sızmalarına görə dayandırılmışdır. İndi BAK 2009-cu ilin yazından tez işə düşməyəcəkdir. Lakin bununla belə dünyadakı ən böyük adi hissəciklər sürətləndiricisinin rəsmi açılışı müəyyən edilmiş vaxtda - oktyabrın 21-də baş verəcəkdir.
2030-cu ilədək 20 milyon yeni iş yeri açılacaq
Qarşıdakı iyirmi ildə dünyada bərpaolunan enerji mənbələri texnologiyaları və xidmət sahələrində ikiqat artım müşahidə olunacaqdır. Bu barədə məlumatlar BMT Ekologiya Proqramının (UNEP) hesabatında öz əksini tapmışdır. Hesabatda deyilir ki, 2020-ci ilədək alternativ enerji sahəsi sürətlə inkişaf edərək, 2,74 trilyon dollar dövriyyəyə malik olacaqdır. Dünya ölkələrində alternativ enerji mənbələrinə marağın getdikcə artması 2030-cu ilədək günəş enerjisi sahəsində 6,3 milyon, külək enerjisi sahəsində isə 2,1 milyon insanın yeni iş yeri ilə təmin edilməsinə səbəb olacaq, digər sahələrlə birlikdə (bioqaz, biokütlə, məişət tullantılarının emalı və s.) ümumilikdə 20 milyon yeni iş yeri açılacaqdır. Hazırda dünyada alternativ enerji sahəsində 2,3 milyon nəfər çalışır. BMT Ekologiya Proqramının rəhbəri Axim Ştayner hesabatın təqdimatında dünya ölkələrini ətraf mühiti mühafizə etməyə, alternativ enerji siyasətini genişləndirməyə və yeni layihələri həyata keçirməyə çağırmışdır. O həmçinin demişdir ki, ölkələr XX əsrin iqtisadi sistemlərini saxlamaqla yanaşı, XXI əsrin iqtisadiyyatının yeni sahələrinə və innovativ layihələrə diqqəti artırmalıdır.
   
Mintimer Şaymiyev sağdır
Tatarıstan prezidenti Mintimer Şaymiyev sağdır. LİFE.ru saytı onun öz ölümü barədə şayiələri şərh edərək zarafat etdiyi videoroliki nümayiş etdirmişdir.
   Tatarıstan prezidentinin səhhətinin pis olması və ölümü haqqında məlumat sentyabrın 12-dən yayılmışdır. Bu barədə ilk dəfə Şaymiyevin keçmiş mətbuat katibi İrek Murtazin öz bloqunda açıqlama vermişdir.
   İnternetdə Türkiyədə yayılmış videoyazıda Şaymiyev jurnalistləri məzəmmət edir: "Siz bir az gecikdiniz, uşaqlar! Dəfn isə çoxdan olmuşdur!" - deyə o gülür və gündə 3 kilometr üzdüyündən danışır. Tatarıstan prezidenti özünü çox yaxşı hiss etdiyini bildirir.
   İndiyə qədər onun mətbuat xidməti şayiələri yalnız sözdə təkzib edirdi. Bazar ertəsi günü Mintimer Şaymiyev naməlum səbəblərə görə, məzuniyyətdən işə çıxmamış, cümə axşamı günü isə "Yedinaya Rossiya" regional təşkilatının rəhbər və nümayəndələrinin baş nazir Vladimir Putinlə görüşündə iştirak etməmişdir.
   "O, sentyabrın 28-ə qədər istirahət edəcək" - Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin cümə axşamı günü jurnalistlərə məlumat vermişdir.
   
Dubayda ilk buz kafesi işə salınıb
Dubayda ilk buz kafesi Çhillout işə salınmışdır. BƏƏ üçün qeyri-adi olan bu müəssisə təmiz buzdan hazırlanmışdır. Kafe öz sahibi İbrahim Şərəfə, demək olar ki, üç milyon dollara başa gəlmişdir.
   Dubaydakı bu ekzotik kafenin masaları və oturacaqları şəffaf buzdan hazırlanmışdır və burada oturan adamlar üçün 17 dollara başa gəlir. Bu qiymətə bir içki, mənfi 6 dərəcə temperaturda mühafizə edən əlcək və isti paltar daxildir. Zala daxil olmamışdan əvvəl qonaqlar bu iqlimə uyğunlaşmaq üçün bir neçə dəqiqə müsbət 5 dərəcə temperaturda öndəki otaqda olurlar.
   
   
   
   
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws